“Vətən: Şəhid əmanəti”
Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə 2021-ci ildən həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi davam edir.
Fevralın 8-də layihə çərçivəsində muzeydə “Vətən: Şəhid əmanəti” adlı tədbir-sərgi keçirilib.
Sərgidə tarix yazan Vətən övladlarından şəhid mayor Natiq İsmayılov, baş leytenant Sahil Məmmədov, Mahmud Məlikov, baş gizir Yasən Əhmədov, baş çavuş Vüsal Allahyarov, kiçik çavuş Elşən Müslümov və əsgər Elvin Babayevin muzey fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaları nümayiş olunub.
Tədbirdə şəhid ailələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, “ASAN Könüllüləri” təşkilatı, “İrəli” İctimai Birliyinin üzvləri, digər qonaqlar iştirak ediblər.
Sərgi fevralın 20-nə qədər davam edəcək.
Mədəniyyət.- 2023.- 10
fevral.- S.3.