Ermənilər Ziyarət dağındakı
alban məbədini də mənimsəməyə
çalışıb
Qafqaz Albaniyasına məxsus dini ziyarətgahlardan biri də Xocavənd rayonu ərazisindəki Ziyarət dağındadır. Dəniz səviyyəsindən 2480 metr hündürlükdə olan dağ Qarabağ silsiləsinin cənub-şərqində yerləşir.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bi
Hazırda burada mövcud olan alban məbədinin uzunluğu 11,75, eni 6,70, hündürlüyü 5 metrdir. Tikili birnefli bazilika olmaqla tağvarı örtüyə və nalvarı altara malikdir. Əsas giriş qərb divarında olmaqla şərq, qərb və cənub divarlarında mizraqvarı pəncərələr var. Kilsə kobud formada yonulmuş yerli daşlardan istifadə edilməklə inşa olunub.
N.Alışov qeyd edib ki, Qarabağ regionunun yüksək dağlıq ərazisində yerləşən dini abidə də erməni işğalçılarının qeyri-qanuni müdaxilələrindən kənarda qalmayıb. İşğal zamanı ermənilər “təmir-bərpa” işləri adı altında alban kilsəsini özünküləşdirməyə çalışıblar. Tağvarı örtüyə malik kilsənin damörtüyü sökülərək çatma formaya salınıb, üzərinə dəmir-beton konstruksiyası yığılaraq Ermənistan istehsalı olan kirəmitlər döşənib. Kilsənin daxili kompozisiyası da ciddi dəyişikliyə məruz qalıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində
Hadrut (Ağoğlan)
qəsəbəsinin işğaldan azad edilməsi ilə bu məbəd
də düşmən tapdağından qurtulub.
Mədəniyyət.- 2023.- 10
fevral.- S.6.