“Qaranlıqdan işığa”

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” tamaşası nümayiş olunub.

Tamaşada narkotikə aludə olmuş bir gəncin keçirdiyi iztirablardan, yaşadığı əzablı həyat tərzindən, ailəsinə gətirdiyi faciələrdən və düçar olduğu qaranlığın içindən işığa doğru necə çıxmasından bəhs edilir.

Səhnə əsərinin məqsədi insanları cəmiyyətin və ümumilikdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.

Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzəağa Mirzəyevdir.

 

Mədəniyyət.- 2023.- 10 fevral.- S.5.