Azərbaycan muğamının 20 illik UNESCO yolçuluğu

 

Qeyri-maddi mədəni irs anlayışı özündə əsasən mənəvi mədəniyyəti ehtiva edir. İfaçılıq sənətləri, sosial təcrübələr, mərasimlər, bayram tədbirləri, təbiətə kainata aid bilik təcrübələr, ənənəvi sənətkarlığa aid bilik təcrübələr qeyri-maddi mədəni irs hesab edilir.

UNESCO tərəfindən 2003-cü ilin 17 oktyabrındaQeyri-maddi mədəni irsin qorunması haqqındaKonvensiya qəbul olunub. Sənəddə qeyri-maddi mədəni irsin tərifi, “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”nın tərtibi, irs nümunələrinin siyahıya daxil edilmə qaydaları da öz əksini tapıb.

Konvensiyanın məqsədləri qeyri-maddi mədəni irsin qorunması, aidiyyəti icmaların, qrupların ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi, yerli, milli beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi kimi məsələləri əhatə edir.

Azərbaycan RespublikasıQeyri-maddi mədəni irsin qorunması haqqındaKonvensiyaya 18 yanvar 2007-ci il tarixində, Milli Məclisdə ratifikasiyadan sonra qoşulub.

Bu gün ölkəmizdən UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı siyahılarına 19 nümunə daxildir. Bunlardan 17-si “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na, 2-si isəTəcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb. İrs nümunələrindən 11-i milli, 8-i isə çoxmillətli nominasiya faylı kimi təqdim olunub.

Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran, Qazaxıstan Özbəkistandır. UNESCO siyahılarında yer alan bəzi irs nümunələrimiz spesifik olaraq Azərbaycanın regionlarına (NaxçıvanYallı rəqs ənənəsi; İsmayıllı (Basqalkəlağayı; Lahıcmisgərlik), Göyçaynar bayramı; Şəkiipək sənəti) aiddir.

***

Dünya xəzinəsindəki irsimizrubrikasında UNESCO-nun müvafiq siyahlarında yer alan qeyri-maddi mədəni irs nümunələrindən söz açacağıq. İlk olaraq muğam sənətinin UNESCO yolçuluğuna nəzər salırıq.

Təşkilat tərəfindən dünya irs xəzinəsinə Azərbaycandan daxil edilən ilk nümunə muğamdır. 7 noyabr 2003-cü il tarixində muğam sənətimizBəşəriyyətin qeyri-maddi irsinin şah əsərielan olunub.

2008-ci ildə isə, yəni UNESCO-nun müvafiq konvensiyasının qüvvəyə minəndən onun əsasındaBəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısıtərtib olunmağa başlayandan sonra, Azərbaycan muğamı sözügedən siyahıya daxil edilib.

Beləliklə, bu il muğam sənətimizinBəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınmasının 15-ci ildönümüdür.

UNESCO-nun müvafiq siyahıları üçün nominasiya fayllarının hazırlanmasında yaxından iştirak etmiş Əməkdar incəsənət xadimi, sənətşünas Sənubər Bağırova ilə 20 il əvvələ səyahət edirik: “2002-ci ildə Azərbaycanın UNESCO-dakı nümayəndəsi mərhum Ramiz Abutalıbov təklif etdi ki, muğamın bu təşkilat səviyyəsində tanınması istiqamətində işə başlayaq. Sənədlər UNESCO standartları çərçivəsində hazırlanmalı idi. Bu fayla muğamın elmi tərifi, tarixi, cəmiyyətdəki mövqeyi cəmiyyətin bu sənətə münasibəti, ifaçılıq ənənəsi, müxtəlif lent yazıları, disklər daxil idi. Hər hansı UNESCO faylı üçün mütləq 10 dəqiqəlik sənədli tanıtım filmi çəkilməli fotolar olmalıdır. Muğamın tarixi bədii əhəmiyyəti haqqında 50 səhifəlik mətn yazdım. Mənimlə bərabər faylın hazırlanmasında beynəlxalq ekspert Jan Dürinq iştirak etdi. Mən milli ekspert kimi bu işə qatılmışdım.

UNESCO-nun Qeyri-maddi irs şöbəsinin müdiri Noriko Aikava o zaman Azərbaycana gəldi. Bakıda üç gün qaldı, bu müddət ərzində mənə müxtəlif suallar verdi. Sonradan bildim ki, mənim hazırladığım mətndə toxunduğum məqamları o, əvvəlcədən şifahi soruşurmuş ki, görsün bunun elmi tərəfini dərəcə bilirəm. Sonda mənə belə bir sual da verdi: “Siz necə sübut edə bilərsiniz ki, Azərbaycan muğamı unikaldır, yəni, yalnız sizin xalqa məxsusdur? Yəni, ərəb ya fars muğamından törəmə deyil”. Bu sual məni çaşdırdı. Çünki biz uşaqlıqdan öyrəşmişik ki, Azərbaycan muğamı unikaldır, bunun isbatına ehtiyac yoxdur. Bunu biz aksiom kimi qəbul etdiyimizdən onun sübutuna vaxtsa ehtiyac olacağını düşünməmişik. Onda mən dedim ki, hər xalqın öz dili olduğu kimi, musiqi dili var. Heç kim deyə bilməz ki, bir xalqın musiqi dili başqasından üstündür. Azərbaycan muğamı bizim musiqi dilində danışdığı üçün bizimkidir. Bu cavab onu qane etdi. Bundan sonra o da təklif etdi ki, namizədlik faylını hazırlamaq mənə tapşırılsın.

2003-cü ildə İraqmakom”u özbək-tacikşaşmakom”u da bu siyahıya düşdü. Bu bir daha sübut etdi ki, Azərbaycan muğamının öz yeri var...”.

Sənubər xanım deyir ki, nominasiya faylı xüsusi forması olan blank şəklində anketdir. Burada geniş tərif deyil, konkret suallar cavablandırılır: “Həmin blank dəqiq yazılmalı, bütün maddələr düzgün təhlil edilməlidir. Nominasiyanın qəbulunda Xalq artisti, xanəndə Alim Qasımov da iştirak edirdi. O hətta həmin vaxt sevincindən muğam da ifa etdi”.

Alim Azərbaycan muğamının bəşəriyyətin incisi kimi tanınmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu xüsusi qeyd edir: “O vaxt Mehriban xanım Azərbaycan Mədəniyyətinin Dostları Fonduna (Azərbaycan Mədəniyyət Fondu) rəhbərlik edirdi mənim çalışdığım AMEA Memarlıq İncəsənət İnstitutunun rəhbərliyinin xahişi ilə musiqi mədəniyyətimizin təbliği ilə bağlı layihələrə dəstək olurdu. Mehriban xanımın nəcib əməlləri UNESCO-ya məlum olanda 2004-cü ildə onu xoşməramlı səfir elan etdilər. Mehriban xanımın birbaşa təşəbbüsü ilə 16 layihə hazırladım. Bilirsinizmi, mənim ailəmxalam,  bəstəkar Ağabacı Rzayeva, atam tarixçi olsa da, muğamı gözəl bilirdilər. Onların bir sözü bu günə kimi mənim üçün bir devizdir: “Ziyalı insanlar dövlətə xalqa xidmət etməyə borcludurlar”. Mən çox şadam ki, sonradan aşıq sənəti, tar ifaçılığı sənəti fayllarının da müəllifi oldum”.

***

Muğam sənətinin tarixi çox qədimdir. Bu qədim mirasın qorunması, gələcək nəsillərə çatdırılması, beynəlxalq aləmdə təbliğ olunması Heydər Əliyev Fondu tərəfindən daim diqqətdə saxlanılır. Muğam sənətinin ölkəmizdə beynəlxalq yerli əhəmiyyətli ənənəvi müsabiqələr təşkil olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxtda bölgələrdə muğam mərkəzləri yaradılıb. Muğam dünyasıBeynəlxalq Muğam festivalları, “Muğamteleviziya müsabiqələri keçirilir. Bu gün Azərbaycan muğam ifaçılarının sorağı dünyanın məşhur konsert zallarından gəlir. Uzunillik işğaldan sonra mədəniyyət paytaxtımız Şuşada muğamlarımız səslənir...

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 10 fevral.- S.6.