Gəncliyə qayğı gələcəyə
qayğıdır
2023-cü ilin Gənclər
üçün Prezident
mükafatçılarını siz də
tanıyın...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 1-də “2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gənc Prezident mükafatına layiq görülüb.
Gənclər üçün Prezident mükafatı dövlət başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə təsis edilib. İldə bir dəfə verilən mükafatın məbləği 10 min manatdır.
Mükafatçılar sırasında iki yaradıcı gənc də var: dirijor, bəstəkar Orxan Həşimov və balaban ifaçısı Nicat Məsimov.
Orxan Həşimovun dirijor kimi adı artıq
musiqisevərlərə yaxşı tanışdır. O,
1995-ci ildə Bakıda dünyaya gəlib.
2017-ci ildə P.İ.Çaykovski
adına Moskva Dövlət
Konservatoriyasını bitirib. Beynəlxalq
müsabiqələrdə dəfələrlə qalibiyyət
qazanıb. Dirijorluqla yanaşı bəstəkar
kimi də tanınır, solo
fortepiano üçün
“Poema”, 3 hissəli “Klarnet
və fortepiano üçün
sonata” və s. əsərlərin
müəllifidir.
Budapeştdə (Macarıstan) Antala Dorati adına dirijorların beynəlxalq müsabiqəsinin qalibi olmuş O.Həşimov Moskva Dövlət Konservatoriyasının simfonik orkestri, Budapeşt MAV simfonik orkestri, F.Şopen adına Polşa-Baltika Filarmoniyasının simfonik orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə əməkdaşlıq edir. 2018-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının dirijoru olub, 2019-cu ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur.
***
Nicat Məsimov
1997-ci ildə Bakıda
anadan olub. Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin balaban sinfini əla qiymətlərlə
bitirib. Azərbaycan Milli Konservatoriyasında
təhsilini davam etdirib. Ulu öndər Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqədə
Qran-pri mükafatına
layiq görülüb.
Milli musiqimizi ölkəmizdən
kənarda da layiqincə təmsil edib. ABŞ, Rusiya və İtaliyada keçirilən
nəfəsli alətlər
müsabiqələrində birincilik qazanıb. 2016-cı ildə “İlin gənci” seçilən Nicat Məsimov həm də “Steep Band” musiqi qrupunun bədii rəhbəridir. ABŞ-da keçirilən
“Woodwinds and Brass Competition” və “İnternational music talent competition fall” müsabiqələrində I yeri
qazanıb, İtaliyada
“Citta di Pesaro” XIII Beynəlxalq musiqi müsabiqəsində qızıl
medal alıb. N.Məsimovun
adı Azərbaycanın
gənc istedadlarının
“Qızıl kitabı”na yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə layiq
görülüb.
***
Ülviyyə Axundova 1998-ci ildə anadan olub. Azərbaycan Dövlət
İqtisad Universitetinin
(UNEC) SABAH qruplarının məzunudur. Təhsil,
gənclərlə iş, ictimai
və sosialyönümlü
fəaliyyət, innovasiya
və sahibkarlıq sahələrində xüsusi
fərqləndiyi üçün
mükafata layiq görülüb. “Vətəndaş Cəmiyyətində
Debat” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası
Gənclər Təşkilatları
Milli Şurasının
(NAYORA) sədr müavinidir.
***
Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun
gənc əməkdaşı,
kimyaçı alim Mehriban Nağıyeva da Prezident mükafatına
layiq görülənlər
sırasındadır. O, Moskva
Dövlət Universiteti
Bakı filialının
bakalavr (2015) və magistr (2017) pillələrini
bitirib. Ötən il kimya
üzrə fəlsəfə
doktoru elmi dərəcəsi alıb.
***
Tural Zəkəryəzadə
1997-ci ildə anadan olub. 2019-cu ildə Milli Aviasiya Akademiyasını (avianəqliyyat
istehsalatının təşkili
mühəndisliyi ixtisası)
bitirib. Müxtəlif startap layihələrinin
müəllifidir. 2019-cu
ildə ixtira etdiyi cihaz vasitəsilə
“Brinc” beynəlxalq startap akselerasiya proqramına qəbul haqqı qazanıb. Bəhreyndə 6 həftəlik proqram
müddətində “Made in Azerbaijan” brendi altında hazırladığı cihazı
ölkəmizdə, eləcə
də Yaxın və Orta Şərq
bazarında tətbiq etməyə başlayıb.
“Vasco Lab” və WTEAM şirkətlərinin təsisçisi
olan T.Zəkəryəzadə
könüllü olaraq
bir neçə startapa mentorluq edir.
***
1998-ci ildə Bakıda
anadan olan Adilə Əliyeva UNEC-in tələbəsi olub. Bristol Universitetinin Biznes məktəbində magistr
üzrə təhsil alıb. Bir sıra sosial
layihələr həyata
keçirib, regionlar üzrə könüllülərin
və könüllü
proqramının idarə
edilməsi ilə məşğul olub.
Hazırda “Regional İnkişaf” İctimai Birliyində layihə koordinatorudur.
A.Əliyeva mükafatla bağlı
fikrilərini bölüşərkən
deyib: “Bu mükafata layiq görülmək mənim üçün böyük məsuliyyətdir.
Gələcək fəaliyyətimdə bu etimadı hər zaman doğrultmaq üçün
səylə çalışıb
qazandığım bilik
və bacarıqları,
təcrübələri ölkəmizin
inkişafı istiqamətində
sərf edəcəyəm”.
***
Kamran Əliyev
1999-cu ildə Bakıda
anadan olub, 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda Bakı Ali Neft
Məktəbində biznesin
idarəedilməsi və
təşkili ixtisası
üzrə magistr təhsili alır. 2016-cı ildən aktiv şəkildə könüllü kimi fəaliyyət göstərir.
2017–2018-ci illərdə
“ASAN Könüllüləri” təşkilatında çalışıb.
2020-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən təltif
edilib, 2022-ci ildə isə Azərbaycan Ağır Atletika Federasiyasına icraçı
direktor təyin olunub. Eyni zamanda “Aqrar İnkişaf Könüllüləri”
təşkilatının sədri,
“Azərbaycan Könüllülər
Təşkilatları İttifaqı”nın sədr müavinidir.
***
1995-ci ildə Bakıda
anadan olan Şahin Xəlilov Azərbaycan Texniki Universitetində SABAH qruplarının
məzunudur. Kompüter mühəndisliyi ixtisasını fərqlənmə
diplomu ilə bitirib. Təhsil aldığı müddətdə “Azercell”in
təqaüd proqramının,
“Seeds for the Future” proqramının qalibi olub. Yaratdığı “Wake me up” komandası ilə birlikdə “Ağıllı eynək”
startapı ona uğur qazandırıb.
2020-ci ildən özünün
təsis etdiyi “Entesk Group” şirkətinə rəhbərlik
edir.
***
Günay İmanzadə 1996-cı ildə
Bakıda anadan olub. Bakı Dövlət
Universitetinin kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarının 2017-ci il məzunudur. Sonra təhsilini İsveçrənin
Federal Texnologiya Universitetində
davam etdirib. Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin
tabeliyində İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi müsabiqədə “İlin
İKT sahibkarı” seçilib.
O, həmçinin Bakıda
keçirilmiş “Texnofest
– 2022” müsabiqəsinin qalibi
olub. Uşaqlar üçün elmi məzmun istehsal edən “Animasiya studiyası, robototexnika və proqramlaşdırma” təhsil
mərkəzini, eləcə
də “Enthouse” və “Metatesk” startaplarını təsis
edib. Hazırda həmin tədris
mərkəzi və startapların idarəçiliyi
ilə yanaşı, digər startaplar üçün də mentorluq fəaliyyəti ilə məşğuldur.
***
1997-ci ildə Naxçıvanda
anadan olan Cabbar Hüseynli UNEC-in Maliyyə və mühasibat fakültəsində
oxuyub. İtaliyanın Boloniya Universitetində
magistr təhsili alıb. Hazırda UNEC-də fəlsəfə
doktoru proqramı üzrə təhsil alır. “Mən azərbaycanlıyam” milli intellektual oyununun ikiqat qalibi, “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı və “Konfederasiya kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun respublika birincisidir. Gənclər və İdman
Nazirliyi tərəfindən
“İlin gənci” seçilib.
***
Bəxtiyar İslamov 1995-ci
ildə Bakıda doğulub. ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsində təhsil
alıb. “ASAN Könüllüləri”
təşkilatında departament
rəhbəri və qurumun sədri vəzifələrində çalışıb.
Hazırda YAP Gənclər Birliyinin sədridir.
Mükafat qazanan bütün gəncləri təbrik edir, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayırıq.
Lalə Azəri
Nurəddin Məmmədli
Mədəniyyət.- 2023.- 10
fevral.- S.5.