Hüseyn Cavid haqqında iki biblioqrafik nəşrin təqdimatı

 

Fevralın 9-da Milli KitabxanadaHüseyn Cavid. BiblioqrafiyaHüseyn Cavid. Biblioqrafik göstəricikitablarının təqdimat mərasimi keçirilib.

Hüseyn Cavidin (1882-1941) 140 illiyinə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi, Milli Kitabxana Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən təşkil edilib. Millət vəkillərinin, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin qatıldığı tədbirdə Cavidin yaradıcılıq yolundan, təqdim edilən biblioqrafik nəşrlərin əhəmiyyətindən söz açılıb.

Çıxışlarda qeyd edilib ki, XX əsrin əvvəllərində Cəlil MəmmədquluzadəMolla Nəsrəddinədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında mənzum romantik dramaturgiyanın banisi olaraq qəbul edilir. Bu mənada Hüseyn Cavidin çoxcəhətli zəngin yaradıcılığı çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində yeni mühüm bir mərhələ təşkil edir. Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması da Hüseyn Cavidin adı ilə bağlıdır.

Vurğulanıb ki, ədibin 140 illiyi münasibətilə hazırlanan hər iki biblioqrafik vəsait Hüseyn Cavid yaradıcılığının tədqiqi təbliği üçün böyük töhfədir. Bu nəşrlər məzmun baxımından bir-birini təkrar etmir, əksinə tamamlayır.

Tədbirin sonunda qonaqlarƏbədiyyət şairiHüseyn Cavidmövzusunda geniş kitab sərgisi Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlananƏdəbiyyatımızın əbədiyyət rəmziHüseyn Cavidelektron məlumat bazası ilə tanış olublar. Məlumat bazası üç dildə (Azərbaycan, rus, ingilis) istifadəçilərə təqdim olunur.

 

 

Mədəniyyət.- 2023.- 10 fevral.- S.3.