Əşyaya toxun, tarixi hiss et

 

 

Ağdaş RMİ Ucar Tarix-Diyarşünaslıq MuzeyindəƏşyaya toxun, tarixi hiss etadlı layihəyə başlanılıb. Muzeydə ziyarətçilərin istəyi maraq dairəsi nəzərə alınaraq onların bu digər eksponatla təmasına imkan yaradılır. Bununla onlar tarixi bir növ hiss edirlər.

Layihənin məqsədi əhali arasında muzeylərə olan marağın artırılması, bu yolla tariximizin, irsimizin, milli mədəni dəyərlərimizin təbliğinə və təşviqinə nail olmaqdır.

Layihə üzrə ilk sərgi qədim dulusçuluq sənətinə həsr edilib. Bu kolleksiyadan müxtəlif təyinatlı dulusçuluq əşyaları nümayiş olunub. Nümayiş etdirilən eramızdan əvvəl IV-II minilliyə aid gil əşyalar, arxeoloji artefaktlar tamaşaçıların böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2023.- 15 fevral.- S.4.