Xalqın iftixar mənbəyi

 

“Heydər Əliyev İli” ilə bağlı regional mədəniyyət idarələrinin (RMİ) tabeliyində fəaliyyət göstərən müəssisələrdə tədbirlər davam edir.

Ağcabədi RMİ. Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar film nümayişlərinə başlanılıb. Nümayişdən əvvəl məktəblilərə Ümummilli liderin ömür yolu, xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verilib. Sonra tədbir iştirakçıları “Xalqa bağışlanan ömürfilmini izləyiblər.

***

Sabirabad RMİ. Sabirabad rayon Mədəniyyət Mərkəzində Milli Məclisin deputatı Kamal Cəfərov gənc mədəniyyət işçiləri ilə görüş keçirib. “Heydər Əliyev siyasi məktəbi” layihəsi çərçivəsində keçirilən görüşdə Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, gənc mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər. Dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışılıb.

***

Gəncə RMİ. Gəncə şəhər MKS-nin 9 saylı kitabxana filialı “Vətənini, millətini sevən iftixar mənbəyi” adlı tədbir təşkil edib. Çıxışlarda Ulu öndərin təhsilə olan diqqət və qayğısı, ölkənin tərəqqisi naminə gördüyü işlər barədə söz açılıb.

***

Şəki RMİ. Şəki şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib. Qalib Fidan Əzimovaya fəxri fərman və hədiyyələr təqdim edilib.

Qax rayon Qum kənd Sənətkarlıq evi və kitabxanasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və dil siyasəti” adlı tədbir keçirilib. Çıxış edənlər bütün həyatını xalqının, Vətəninin inkişafına həsr edən dahi siyasətçinin Azərbaycan dilinə həmişə tükənməz məhəbbətlə yanaşdığını bildirib, diqqət və qayğı göstərdiyini bildiriblər.

***

Biləsuvar RMİ. Salyan rayon Heydər Əliyev Mərkəzində “Məni salyanlılarla çox səmimi və duyğulu tellər birləşdirir” layihəsi əsasında “Heydər Əliyev müasir dövlətdə qadın siyasətinin banisidir” adlı elmi konfrans keçirilib. Konfransda Salyan rayonunda mədəniyyət, təhsil, səhiyyə və digər sahələrində fəaliyyət göstərən xanımlar iştirak ediblər.

***

Masallı RMİ. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Heydər Əliyev irsi və azərbaycançılıq məfkurəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. M Müsabiqə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə sektorurayon Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunub.

 

N. Məmmədli

Mədəniyyət.- 2023.- 15 fevral.- S.4.