Türkoloq alimin əsəri
94 il sonra yenidən çapdan çıxıb
XX əsr Azərbaycan dilçiliyi və şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayev şəxsiyyəti, ədəbi-elmi fəaliyyəti ilə tarixi yaddaşlara həkk olunub. Onun “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Müəllifin 1928-ci ildə qələmə aldığı bu əsər bir il sonra latın əlifbası ilə işıq üzü görmüşdü.
94 il əvvəl nəşr olunan Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı və Özbəkistanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb.
Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktoru, ön söz müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır.
Almaz Ülvi giriş sözündə yazır: “Xalid Səid Xocayevin Kanadada yaşayan yeganə 95 yaşlı övladı Bəhicə xanım bu əsərin çapını həsrətlə gözləyirdi. Kitabın nəşr olunması xəbərini axşam eşitdi, sevindi... Çox heyf ki, xəbərini aldığı kitabı əlinə ala bilmədi, zaman fürsət vermədi. Həmin günün səhəri o, artıq bu dünyaya vida etmişdi”.
Bəhicə xanımın yeni nəşrə ürək sözləri – minnətdarlıq duyğuları “Xoşbəxtəm ki, Xalid Səid kimi qeyri-adi şəxsiyyətlər unudulmur. O, mənim atamdır” adlı yazısında yer alıb. Məqalədə Xalid Səidin həyat və yaradıcılığı ilə bağlı bir sıra faktlar diqqətə çatdırılır.
“Elm və təhsil” nəşriyyatında
çap olunan
kitabın mətnini 1929-cu il nəşrindən
kompüterdə yenidən işləyən Nüşabə
Adıgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar
Qasımbəyli və Həmidulla Baltobayevdir.
Mədəniyyət.- 2023.- 15
fevral.- S.7.