“Orta əsrlərdə
Yaxın Şərqdə gümüş
böhranı...”
Xalça Muzeyində növbəti
mühazirə
Azərbaycan Milli Xalça Muzeyində “Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri” adlı mühazirə keçirilib.
Muzeydən bildirilib ki, mühazirə Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü Rüstəm Hüseynov tərəfindən təqdim olunub.
O, Şərq ölkələri
tarixində baş vermiş
fenomen bir hadisə – “gümüş böhranı” və həmin
dövrdə Şirvanşahlar dövlətinin
öz sikkələrini zərb etməyə
başlaması, tədricən bütün
regiona böyük təsir
göstərən, qonşu ölkələr
üçün örnək olan müxtəlif nominallı sikkələr
sisteminin yaradılması barədə təfərrüatlı
məlumat verib.
Mədəniyyət.- 2023.- 15
fevral.- S.7.