Bölgələrdə Türkiyəyə
yardım aksiyası davam edir
Türkiyədəki zəlzələdən zərərçəkmiş insanlar üçün fevralın 7-dən Bakıda və bölgələrdə başlanılan yardım toplama kampaniyası davam edir. Türkiyənin Azərbaycandakı Səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan kampaniyaya yerli şirkət və təşkilatlar, minlərə soydaşımız qoşulub.
Fevralın 14-də Qubadakı Azərbaycan-Türkiyə qardaşlıq parkından yardımla dolu iki yük maşını qardaş ölkəyə yola salınıb. Quba Rayon İcra Hakimiyyəti tərəfindən generatorlar, çadır, yataq dəstləri, zəruri gigiyenik vasitələr, elektrik qızdırıcıları və başqa avadanlıqlar göndərilib.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yardım aksiyasına idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət qoşulub. Əsasən isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar toplanaraq Bakıdakı məntəqəyə təhvil verilib.
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən 5 ədəd modul tipli ev – konteyner Bakı şəhərindən Türkiyəyə yola salınıb.
Türkiyəyə yardım kampaniyasına Bərdə
RMİ də qoşulub. Humanitar yardım çərçivəsində
isti paltarlar,
qızdırıcı avadanlıqlar, uzun
müddət saxlanılması mümkün
olan qidalar, uşaq yeməkləri, tibbi
və gigiyenik vasitələr və digər
zəruri əşyalar toplanılaraq təyin olunmuş
məntəqəyə təhvil verilib.
Mədəniyyət.- 2023.- 17
fevral.- S.4.