“Düşüncəni rəngləndir”

 

Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır – 2022” qrant müsabiqəsinin qalibi olan “Düşüncəni rəngləndir” layihəsi üzrə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində təlim təşkil olunub.

Layihə rəhbəri Rövşən Ağasızadə qeyd edib ki, əsas məqsəd regionda yaşayan gənclərin yaradıcı düşüncəsini zənginləşdirmək, analiz qabiliyyəti üzrə bilik və bacarıqları artırmaqdır. Layihəyə seçilən 18 gənc təlimlərə cəlb olunub.

Təlimçi Həsən Rəhimli tərəfindən kritik düşünmə sənəti, emosional zəka və duyğuların idarə edilməsi, maliyyə intellektipulu idarəetmə təfəkkürü, analitik bacarıqlar və s. mövzular üzrə təlimlər və diskussiyalar təşkil edilib.

 

Mədəniyyət.- 2023.- 17 fevral.- S.4.