Jurnalist-hərbçinin 60 illiyi qeyd olunub

 

 

Ağdam Muğam MərkəzindəAzərbaycan Bayrağıordenli Əməkdar jurnalist, “Ağdamqəzetinin redaktoruBaxşeyiş Abbasoğlunun 60 illik yubileyi qeyd edilib.

Əvvəlcə yubilyar haqqında videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, B.Abbasoğlu jurnalistlik fəaliyyətinə 1987-ci ildəAğdam” (o vaxt “Lenin yolu”) qəzetində müxbir kimi başlayıb. 1991-1996-cı illərdə Azərbaycan Ordusunda xidmət edib. 1995-ci ildəAzərbaycan Bayrağıordeni ilə təltif edilib. Ehtiyatda olan baş leytenant, II qrup Qarabağ müharibəsi əlilidir. 1998-ci ildənAğdamqəzetinin redaktorudur.

Çıxış edənlər ehtiyatda olan zabitin Birinci Qarabağ müharibəsindəki döyüş yolundan mətbuat sahəsində xidmətlərindən danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Yubilyara rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib, müəllifi olduğu şeirlər səsləndirilib.

Sonda Əməkdar jurnalist çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirib.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 17 fevral.- S.4.