“Əlyazmalar yanmır” və “Elmi əsərlər” – yeni saylarda nələr var?

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti sayları çapdan çıxıb.

İnstitutdan bildirilib ki, “Əlyazmalar yanmır” elmi məqalələr toplusundaNizami Gəncəvi poeziyasında təbiət təsvirlərinin ictimai-poetik tutumu”, “Dilçilikdə diskursdiskursiv təhlil anlayışı”, “Müxtəsər əl-Qüduri”nin dünya kitabxanalarındakı əlyazma nüsxələri”, “Xurşidbanu Natəvanın şeirləri cünglərdə” və s. mövzularda məqalələr dərc olunub.

Elmi əsərlər” jurnalının yeni sayında isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, tarix, kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq sahəsində “Nizami Gəncəvi sənətində doğma mühit və təbiət”, “Dağlar oğlu Dədə Şəmşir”, “Qarabağ mövzusu Qacarlar tarixində”, “Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərinin təhlili”, “Müasir cəmiyyətdə kitabxana-informasiya fəaliyyətinin menecmenti” və s. məqalələr yer alıb.

Qeyd edək ki, hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

 

Mədəniyyət.- 2023.- 17 fevral.- S.7.