Bakıdakı Rus evində
məşhur bəstəkarın musiqiləri səslənib
Bakıdakı Rus evində görkəmli bəstəkar Aleksandr Darqomıjskinin (1813-1869) 210 illiyinə həsr edilmiş konsert olub.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən verilən məlumata görə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinanın tərtib etdiyi konsert proqramına bəstəkarın yaradıcılığından nümunələr daxil edilib.
Konsertdə Əməkdar artist Anton Ferştandt, Lalə Muxtarova, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Əminət Əhmədova və Atifə Qarabağinin ifaları maraqla qarşılanıb.
Aleksandr Darqomıjski musiqidə
realistik janrın əsasını qoymuş rus bəstəkarıdır.
Onun şah əsəri
olan “Su pərisi” yeni janrın – xalq-məişət psixoloji musiqi
dramının ilk nümunəsi
sayılır. Darqomıjski musiqiyə ilk
dəfə sosial bərabərsizlik mövzusunu gətirib.
Mədəniyyət.- 2023.- 17
fevral.- S.3.