AMEA daxilində struktur islahatları davam edir

 

Folklor İnstitutununQorqudansamblının aqibəti necə olacaq?

 

AMEA-nın elmi müəssisələrində struktur islahatları davam edir. AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında bununla bağlı bir neçə məsələyə baxılıb.

İclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, akademiyada idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatları aparılır.

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana elmi informasiya Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin 2023-cü il 16 yanvar tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı iləQorqudansamblının da fəaliyyətinə xitam verilib.

Eyni zamanda müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın eramızdan əvvəl IV – eramızın VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutunda Son NeolitXalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi Memarlıq və İncəsənət İnstitutunun tərkibinə verilib və hazırda əməkdaşlar orada fəaliyyətlərini davam etdirirlər.

Qorqud” ansamblının fəaliyyətinə gəlincə isə, ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova bildirdi ki, şöbə digər institutun tərkibinə verilsə də, bizim kollektivin aqibəti ilə bağlı məsələyə hələlik tam aydınlıq gətirilməyib. Bu barədə yaxın günlərdə dəqiq məlumat veriləcək.

Qeyd edək ki, Folklor İnstitutununQorqud” ansamblı qədim musiqi alətlərinin, unudulmaqda olan xalq mahnılarının, meydan tamaşalarının rekonstruksiyası və xalqa təqdim edilməsi istiqamətində fəaliyyət göstərib. Kollektiv 1976-2014-cü illərdə “İrsfolklor ansamblı adı altında fəaliyyət göstərib. Ansamblın yaradıcıları bəstəkar Rəşid Nəsiboğlu və Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev olub. 2014-cü ildən Əməkdar artisti xanəndə Nuriyyə Hüseynovanın rəhbərliyi ilə “Qorqud” adı altında fəaliyyətini davam etdirir.

 

Lalə

Mədəniyyət.- 2023.- 17 fevral.- S.7.