Qu gölü” zəriflərin bayramına hədiyyə olacaq

 

Sankt-Peterburq Mariinski Teatrının ulduzları Bakıya gələcək

 

Martın 8-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında P.ÇaykovskininQu gölübaletinin tamaşası nümayiş olunacaq.

Teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir.

Qu gölünün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə OperaBalet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.

Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.

Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.

Tamaşanı Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

 

Lalə

Mədəniyyət.- 2023.- 17 fevral.- S.3.