“Qırın zəncirləri, keçin sərhədi...”
“Qəhrəmanların özü və sözü” rubrikasında qəlbində Vətən sevdasını poetik çalara büküb misralara düzən igid oğullarımızı tanıtmağa davam edirik. Bu dəfə 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Xəyyam Hüseynovu yada salırıq.
Xəyyam Hüseyn oğlu Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyub. Təhsilini başa vurduqdan sonra pedaqoji istiqamət üzrə ali məktəbə qəbul olunsa da, özünü bu sahədə görmədiyindən qərarını dəyişir.
Hərbi xidmətə yollanan Xəyyam “N” saylı hərbi hissədə düşmənlə üzbəüz, çətin şəraitdə əsgəri borcunu ödəyir. Komandirlərin tapşırıqlarını vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirir. Nümunəvi xidmətinə görə müxtəlif təltiflərə də layiq görülür. Beləcə, əsgərliyini uğurla, alın açıqlığı ilə başa vurur. Ancaq onun ən dəyərli mükafatı hələ qarşıda idi...
İncəsənətə böyük maraq göstərən,
hətta rejissor olmaq
istəyən Xəyyam evlərinə qayıdandan bir müddət sonra mənfur
düşmən ənənəvi qara
niyyətini yenidən ortaya qoyur. 2020-ci ilin iyulunda cəbhənin Tovuz
rayonu istiqamətində düşmən
genişmiqyaslı təxribat törədir. Azərbaycan Ordusu
ilk dəfə ali rütbəli zabitini – general-mayor Polad Həşimovu itirir. Polad paşanın şəhadəti minlərlə
gəncin yağıya
qarşı intiqam hissini alovlandırır...
Xəyyam Hüseynov da bütün sənət, yaradıcılıq arzularından
vaz keçərək
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Göyçay
rayon şöbəsinə gedərək adını
könüllülər siyahısına
yazdırır. Nəhayət, əsir yurdlarımızın
xilas günü yetişir və o da arzusuna çatır.
Ordumuz sentyabrın 27-də sarsıdıcı
əks-hücum əməliyyatı
başladanda Xəyyam
Hüseynov artıq ön sıralarda yerini almışdı.
Hətta
o, döyüşdən öncəki
qısamüddətlik hərbi
təlim zamanı atası ilə son telefon danışığında
sanki şəhidlik zirvəsinə ucalacağı
ürəyinə dammışdı.
Ona görə də atasından halallıq istəyib və iki arzusunun yerinə
yetirilməsini diləyib.
Bunlardan birincisi, bacısının övladına
öz adının verilməsi, ikincisi isə, şeirlərinin kitab şəklində çap edilməsi idi...
Xəyyam Hüseynovun yer aldığı qrup Ağdərə istiqamətində
gərgin döyüşlərə
başlayır. Xəyyam ilk döyüş tapşırığını uğurla yerinə yetirir. İrəli getmək üçün
komandanlıqdan ikinci tapşırıq alınır.
Onlar döyüşə atılırlar
və düşmən
gülləsinə tuş
gələn Xəyyam
Vətən müharibəsinin
ilk günündəcə şəhadətə
yüksəlir. Onun döyüşə
yollanan vaxt çəkilən bir videosu var. Bu video onun və digər gənclərimizin Vətən
torpağının xilası
uğrunda ölümə
sevinə-sevinə getdiklərini
göstərir. O zaman
Xəyyamın son sözü
“Hər şey Vətən üçün!”
olmuşdu.
Doğulduğu Göyçay şəhərində
torpağa tapşırılan
Xəyyam Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən,
ölümündən sonra
“Vətən uğrunda”
və “Laçının
azad olunmasına görə” medalları ilə təltif edilib.
Xəyyam Hüseynovdan cəsurluq nişanəsi ilə yanaşı, vətənsevərlik
ruhlu şeirlər də yadigar qalıb. Onun “Qoy mən ölüm bu torpaq üçün” şeiri “İgidlərin sözü” almanaxında yer alıb. Həmin şeiri təqdim edirik:
Qoy mən ölüm bu torpaq üçün
Siz hələ bir az da səbir edin, dözün.
Anam mənsiz qalsın, bacım qardaşsız,
Sonra da deyin ki,
“Vətən sağ olsun!”.
Əgər yumuruqsa, qanı-qan
ilə,
Arxamca rəhmət
də diləməyin
heç.
Mən ki öz borcumu
özüm vermişəm,
Ağlayıb göz yaşı tökməyin də heç.
Adıma
şeirlər, nəğmə
yazmayın,
Ruhumu ovutmaz beş-altı kəlmə.
Qırın zəncirləri, keçin
sərhədi,
Ən böyük
rəhmətim bu olar, məncə.
Hazırladı: L.Azəri
Mədəniyyət.- 2023.- 17 fevral.- S.7.