Parisdə azərbaycanlı rəssamın əsəri maraqla qarşılanıb

 

Fransa paytaxtındakı “Grand Palais Ephmeresərgi salonunda “Art en Capital – 2023” sərgisi açılıb. Ənənəvi sərgidə Azərbaycan rəssamı Nigar Nərimanbəyovanın da əsərləri nümayiş olunur.

Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızı sənətinin davamçısı Nigar Nərimanbəyova mütəmadi olaraq əl işlərini Fransada sərgi salonlarında təqdim edir.

Tanınmış rəssamların əsərlərinin nümayiş olunduğu “Art en Capital – 2023”də Nigar NərimanbəyovanınVotsaptablosu da maraqla qarşılanıb.

N.Nərimanbəyova Azərbaycanı belə mötəbər sərgidə təmsil etməkdən qürur duyduğunu bildirib.

Salonda nümayiş olunan əsərlər münsiflər heyəti tərəfindən seçilib. “Art en Capital – 2023” sərgisi fevralın 19-dək davam edəcək.

 

Mədəniyyət.- 2023.- 17 fevral.- S.8.