Mədəniyyətimizin böyük hamisi

 (əvvəli ötən sayımızda)

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

1976-cı il 30 avqust

Heydər Əliyev Füzuli rayonunda Mədəniyyət evinin açılış mərasimində iştirak edib.

1976-cı il 18 noyabr

Xalq şairi Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə yubiley gecəsi keçirilib. Heydər Əliyev yubiley gecəsində çıxış edib.

1976-cı il 14 dekabr

Heydər Əliyev Bakıda 18-ci Ordunun Döyüş Şöhrəti Muzeyinin açılışında çıxış edib. Krımın faşistlərdən azad edilməsində, iştirak etmişdi. Ordunun siyasi şöbəsinin rəisi sonralar SSRİ-nin rəhbəri vəzifəsinə yüksələn L.İ.Brejnev olmuşdu.

“...18-ci Ordunun hünərlərinə həsr edilən muzeyin açılışı Bakı və bütün respublika zəhmətkeşlərinin ictimai-siyasi həyatında böyük hadisədir. Böyük Vətən müharibəsi ilə əlaqədar olanvarsa, hamısı müqəddəsdir. 18-ci Ordunun döyüşçüləri faşist işğalçılarının darmadağın edilməsi kimi qəhrəmanlıq epopeyasına böyük xidmət göstərmişlər. Belə bir fakt bizi sevindirir ki, Qafqaz uğrunda vuruşmanın və müharibənin digər çarpışmalarının iştirakçıları, ölkənin bir sıra şəhərlərindən gəlmiş qonaqlar muzeyin açılışı mərasiminə toplaşmışlar...”.

1976-cı il 24 dekabr

Heydər Əliyev Azərbaycan kinosunun yaranmasının 60 illiyinə həsr olunmuş təntənəli gecədə nitq söyləyib. Sovet dövründə Azərbaycan kinosunun yaranma tarixi 1916-cı ildən, “Neftmilyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filminin ekrana çıxdığı vaxtdan hesablanırdı.

1976-cı il 31 dekabr

Heydər Əliyev Bakı metropoliteninNizami” stansiyasının açılış mərasimində iştirak edib.

***

Tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti 1976-cı ildə də dövlət tərəfindən yüksək qiymətləndirilirdi.

1976-cı il 28 aprel

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı ilə ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatlarının (iki ildən bir verilirdi) laureatları elan edilib.

Əməkdar incəsənət xadimi, şair Bəxtiyar Vahabzadə – “Låninlə söhbət” və “Muğam” poemaları üçün.

Şair Qabil İmamverdiyev – “Nəsimi” poåması üçün.

Yazıçı Maqsud İbrahimbəyov – “Bayquş gəldi” və “Bütün yaxşılıqlara görə ölüm  povestləri (rus dilində) üçün.

Heykəltəraş İbrahim Zeynalov, arxitektorlar Hənifə Ələsgərov, Ələsgər Hüseynov, tikinti işlərinin rəhbəri Əlövsət Əbdülrəhimov, mühəndis-konstruktor Yuri Dubov – Naxçıvanda V.İ.Lånin memorialı üçün.

Əməkdar incəsənət xadimi, bəstəkar Xəyyam Mirzəzadə – 2-ci simfoniya triptixi üçün.

Azərbaycan SSR ÅA-nın akademiki Məmmədcəfər Cəfərov – 1974-1975-ci illərdə yazılmış ədəbi-tənqidi əsərlər üçün.

1976-cı il 20 sentyabr

Müvəffəqiyyətli çıxışlarına və Bakı şəhəri zəhmətkeşlərinə nümunəvi xidmət etdiyinə görə Qırmızı Əmək Bayrağı ordenli Moskva Satira Teatrı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

1976-cı il 23 dekabr

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan kinosunun 60 illiyi ilə əlaqədar olaraq kinematoqrafiya sahəsi üzrə bir qrup şəxsə fəxri adlar verilib.

Xalq artistiMuxtar Dadaşov (kinorejissor), Həsən Seyidbəyli (ssenarist, kinorejissor), Tofiq Tağızadə (kinorejissor).

Əməkdar incəsənət xadimiİsa Hüseynov (ssenarist), Rüstəm İbrahimbəyov (ssenarist), Rasim İsmayılov (operator), Eldar Quliyev (rejissor), Şamil Mahmudbəyov (rejissor), Anar Rzayev (ssenarist).

Əməkdar artist – Şahmar Ələkbərov, Valentina Aslanova, Rasim Balayev, Tofiq Mirzəyev.

Əməkdar rəssam – Nadir Zeynalov, Kamil Nəcəfzadə, Məmmədağa Hüseynov.

Əməkdar mühəndisAğahüseyn Kərimov, Əziz Şeyxov (“Azərbaycanfilmkinostudiyasının səs operatorları).

Əməkdar mədəniyyət işçisiCəmil Əlibəyov (“Azərbaycanfilmkinostudiyasının direktoru), Gita Besantina (“Vətənkinoteatrının direktoru), Güllər İmamova (Qax rayonu kino birliyinin direktoru), Vladimir Konyagin (kinooperator).

Həmçinin Azərbaycan kinosunun 60 illiyi ilə əlaqədar olaraq bir qrup şəxs Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. Təltif olunanlar arasındaFətəli xanfilminə (1947) quruluş vermiş SSRİ Xalq artisti, “Mosfilm”in rejissoru Yefim Dziqan, SSRİ Xalq artisti, “Lenfilm”in rejissoru İosif Xeyfits (“Bakının işıqlarıfilmi), SSRİ Xalq artisti, “Mosfilm”in rejissoru Əjdər İbrahimov, Əməkdar incəsənət xadimləri, kinooperatorlar Arif Nərimanbəyov, Rasim Ocaqov, Xalq artisti, kinorejissor Rza Təhmasib, yerlərdə fəaliyyət göstərən kinomexanik, səyyar kinomexanik-sürücü kimi sıravi kino işçiləri vardı.

1976-cı il 29 dekabr

Azərbaycan sovet ədəbiyyatının inkişafında xidmətlərinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq tənqidçi, ədəbiyyatşünas Həbib Babayev Azərbaycan SSR Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 17 fevral.- S.5.