Şalyapinin 150 illiyinə həsr edilmiş konsert
Bakıdakı Rus evində məşhur opera müğənnisi
Fyodor Şalyapinin (1873-1938) anadan olmasının 150 illiyinə həsr edilmiş konsert olub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən
(RİMM) verilən məlumata
görə, konsert Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının
(BMA) təşkilati dəstəyi
ilə keçirilib.
Tədbirin qonaqları arasında
Rusiya Federasiyasının
Azərbaycandakı səfiri
Mixail Boçarnikov, Milli Məclisin deputatı Rauf Əliyev, bir sıra ölkələrin
diplomatik korpusunun nümayəndələri, yaradıcı
ziyalıların, mədəniyyət
təşkilatlarının, həmvətənlər cəmiyyətlərinin
təmsilçiləri olub.
BMA-nın müəllimi sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Alyona İnyakina tərəfindən təşkil
edilmiş konsert proqramında Əməkdar
artist Anton Ferştandt, Dilarə
Kərimova, Ülviyyə
Əliyeva, Məryəm
Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, həmçinin
akademiyanın tələbələri
Emin İsmayılov, Aqşin Xudaverdiyev, Atif Qarabaği çıxış ediblər.
Fyodor Şalyapin Böyük
Teatr (Moskva), Mariinski Teatrı (Sankt-Peterburq), Metropoliten Opera (Nyu-York) kimi məşhur teatrların məbədlərinin səhnələrində
çıxış edb. İfaçılıqla
yanaşı, rəssamlıq və heykəltəraşlıqla
da məşğul olan
vokalçı, həmçinin bir
neçə filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları
idi. Maksim Qorki onu “rus
incəsənətində ayrıca bir dövr” adlandırmışdı.
Mədəniyyət.- 2023.- 22
fevral.- S.7.