Dublyaj sahəsindəki problemlər müzakirə edilib

 

AKİ-nin dublyaj seksiyası yaradılacaq

 

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) dublyaj sahəsindəki problemlərlə bağlı müzakirə keçirilib.

AKİ-dən bildirilib ki, son dövrdə mətbuatda da işıqlandırılan problemlərin müzakirəsi zamanı bu sahədəki vəziyyət geniş təhlil edilib. Bildirilib ki, dublyaj sahəsində peşəkarlığın artması keyfiyyət dəyişikliyi var, xüsusilə səs rejissorlarının işlərində irəliləyişlər əldə olunub. Ancaq bununla yanaşı, görüləcək işlər çoxdur. O cümlədən tərcümə müəlliflərinin dublyaj aktyorlarının qonorarlarının artırılması arzuediləndir.

Tədbir iştirakçıları bildiriblər ki, dublyaj, texniki sənət məsələsi olmaqla yanaşı, eyni zamanda Azərbaycan dilinin inkişafı məsələsidir. Bu baxımdan da xüsusi həssaslıq diqqət tələb edir.

Müzakirədə dublyaj aktyorlarının, rejissorlarının prodüserlərinin sosial qayğılarının həllinə toxunulub.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov qeyd edib ki, ittifaqın illik mükafatlarında dublyaj fəallarının da mükafatlandırılması nəzərdə tutulmalıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj seksiyasının yaradılması da müzakirə edilib.

 

Mədəniyyət.- 2023.- 22 fevral.- S.5.