Xalq artisti Ramiz Novruz dünyasını dəyişib

 

Azərbaycan mədəniyyətinə, teatrkino ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Prezident təqaüdçüsü Ramiz Novruz fevralın 20-də, 67 yaşında vəfat edib.

Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dramkino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Teatrın səhnəsində onlarla tamaşada (“Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” – İ.Əfəndiyev; “Lənkəran xanının vəziri” – M.F.Axundzadə; “Maqbet” – V.Şekspir; “Fəryad”, “Hara gedir bu dünya?”B.Vahabzadə; “Mənim sevimli dəlim”, “Teleskop” – Elçin; “Müfəttiş” – N.Qoqols.) bir-birindən maraqlı, xarakterik rollar oynayıb.

Müxtəlif teatr festivallarının iştirakçısı və mükafatçısı olan Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli aktyorSizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov rolu ilə geniş tamaşaçı rəğbəti qazanıb, “Cavad xan” filmində general Sisianov, “Cavid ömrü”ndə Mircəfər Bağırov və s. müxtəlif yaddaqalan obrazlar yaradıb.

Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb. İlk pyesi olanAt ilinin birinci ayı” 20 Yanvar hadisələrindən bəhs edir və 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, “Hələ sevirəm deməmişdilər” pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

O, həmçinin Eduardo de FilipponunSilindr” əsərini ruscadan Azərbaycan dilinə tərcümə edərək rejissor kimi uğurla tamaşaya qoyubözübu səhnə əsərində Attillio obrazını canlandırıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə “Əməkdar artisi”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

***

Ramiz Novruz fevralın 21-də paytaxtın Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Məzarın önünə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və digər qurumlar adından əklillər düzülüb.

Sənətkarla vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 22 fevral.- S.4.