Arif BabayevPrezidentin fəxri diplomuilə təltif olunub

 

 

Xalq artisti, ustad xanəndə Arif BabayevAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif edilib.

Dövlət başçısı İlham Əliyev bununla bağlı fevralın 21-də sərəncam imzalayıb.

Arif İmran oğlu Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, fevralın 20-də sənətkarın 85 yaşı tamam olub. Ustad xanəndə 1998-ci ildəŞöhrətordeni, 2008-ci ildəİstiqlalordeni, 2018-ci ildəŞərəfordeni ilə təltif edilib. 2010-cu ildə Heydər Əliyev FondununQızıl çinarbeynəlxalq mükafatına layiq görülüb.

Arif Babayevi əlamətdar yubileyi dövlət təltifi münasibətilə təbrik edirik.

 

Mədəniyyət.- 2023.- 22 fevral.- S.2.