Mədəniyyətimizin böyük
hamisi
(əvvəli ötən sayımızda)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1977-ci il 8 fevral
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev aralarında mədəniyyət xadimləri də olan bir qrup şəxsə “Sosialist Əməyi Qəhrəmanı” adı, SSRİ-nin orden və medalları ilə təltif olunmaları haqqında fərmanları təqdim edib.
1977-ci il 8 iyun
Heydər Əliyev Sov. İKP MK-nın Təbliğat şöbəsi, Azərbaycan
KP MK-nın Təbliğat
və təşviqat şöbəsi və
SSRİ Jurnalistlər İttifaqı
tərəfindən təşkil
olunmuş respublika və vilayət qəzet və jurnallarının, radio və
televiziya redaktorlarının
zona müşavirəsinin
iştirakçılarını qəbul edib. Görüşdə mətbuatın aktual
məsələləri ilə
bağlı geniş fikir mübadiləsi aparılıb.
1977-ci il 7 iyul
Azərbaycan KP MK-nın Birinci katibi, xalq deputatı
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin
9-cu çağırış 5-ci sessiyasında məruzə
edib. Məruzədə mədəniyyət sahəsinin inkişafı
ilə bağlı məsələlərə də
toxunulub.
“...Kitabxanalar, mədəniyyət
evləri və klublar şəbəkəsinin
daha da genişləndirilməsi
və onların işinin yaxşılaşdırılması
məsələlərinə daim diqqət yetirməlidirlər. Şəhər və kəndlərimizi, müəssisələrin, kolxoz
və sovxozların ərazisinin abadlaşdırması
sahəsində Sovetlərin
qarşısında böyük
vəzifələr durur.
Biz hər bir yaşayış məntəqəsini
yüksək məhsuldar
əmək, yüksək
mədəniyyət, nümunəvi
ictimai asayiş şəhərinə və
kəndinə çevirməliyik...”.
1977-ci il avqust
“Sovetskiy Soyuz” jurnalının
8-ci nömrəsində Heydər
Əliyevin məqaləsi
dərc olunub. Məqalədə Azərbaycanın keçdiyi
inkişaf yolu kontekstində mədəni-maarif
işinə də toxunulub.
1977-ci il 5 oktyabr
Azərbaycan KP MK-nın Birinci katibi, SSRİ xalq deputatı Heydər Əliyev 9-cu çağırış
SSRİ Ali Sovetinin 7-ci növbədənkənar
sessiyasında çıxış
edib. Növbədənkənar sessiya (4-7 oktyabr)
SSRİ-nin yeni Konstitusiyasının qəbul
edilməsi ilə bağlı çağırılmışdı.
Heydər Əliyev geniş
məzmunlu çıxışında
Azərbaycanda digər
sahələrlə yanaşı,
mədəniyyət sahəsinin
inkişafından, mədəni-maarif
işinin respublikanın
ucqar bölgələrini
də əhatə etməsindən danışıb.
***
Mədəniyyət sahəsində qabaqcıl
fəaliyyət, incəsənət,
ədəbiyyat xadimlərinin
yaradıcılığı dövlət tərəfindən
təşviq edilirdi.
1977-ci il 4 yanvar
Azərbaycan sovet ədəbiyyatının
inkişafında õidmətlərinə görə
və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq yazıçı Vidadi Babanlı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə təltif olunsun.
1977-ci il 14 yanvar
Azərbaycan ədəbiyyatının inkişafında
õidmətlərinə görə
yazıçı Süleyman
Vəliyevə “Azərbaycan
SSR-in Əməkdar mədəniyyət
işçisi” fəxri
adı verilib.
1977-ci il 28 yanvar
Azərbaycan balet sənətinin
inkişafında õidmətlərinə görə
və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq SSRİ Xalq artisti Leyla Vəkilova
Azərbaycan SSR Ali Sovetinin
Fəxri fərmanı
ilə təltif edilib.
1977-ci il 18 iyul
Monumental və dəzgah heykəltəraşlığının inkişafında õidmətlərinə görə
və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq respublikanın Xalq rəssamı, SSRİ
Rəssamlar Akademiyasının
müxbir üzvü
Tokay Məmmədov Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
1977-ci il 25 avqust
Arxitektura
sahəsində õidmətlərinə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan Arxitektorlar İttifaqı İdarə
heyəti sədrinin birinci müavini, Əməkdar arxitektor Tələt Xanlarov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmani ilə təltif edilib.
1977-ci il 19 oktyabr
Respublikada bədii özfəaliyyətin
inkişafında xidmətlərinə
və zəhmətkeşlərin
bədii özfəaliyyət
yaradıcılığının 1-ci Ümumittifaq festivalının
hazırlanmasında və
keçirilməsində fəal
iştirak etdiklərinə
görə festivalın
yekun konsertinin quruluşçu rejissoru Əli Usubova “Əməkdar incəsənət
xadimi”, bir qrup mədəniyyət işçisinə, o cümlədən
özfəaliyyət kollektivlərinin
bədii rəhbərlərinə
“Əməkdar incəsənət
işçisi” fəxri
adı verilib.
Bundan əlavə,
respublikada bədii özfəaliyyətin inkişafında
xidmətlərinə və
festivalın keçirilməsində
fəal iştirakına
görə bir qrup incəsənət xadimi və mədəniyyət işçisi
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin
Fəxri fərmanı
ilə təltif edilib. Təltif edilənlər
arasında rəssam Mikayıl Abdullayev, bəstəkarlar Tofiq Quliyev, Süleyman Ələsgərov, rəqqasə-baletmeyster
Xumar Zülfüqarova,
aşıq İsfəndiyar
Rüstəmov (Gədəbəy)
və başqaları
vardı.
Həmçinin festivalda fəal
iştirak etmiş bədii özfəaliyyət
kollektivləri Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər: Salyan rayon Mədəniyyət
evinin “Cəngi” zurnaçılar ansamblı,
Ucar rayon Mədəniyyət
evinin xor kollektivi, Sumqayıt şəhərində N.Nərimanov
adına Mədəniyyət
evinin nəfəs alətləri orkestri,
Kirovabad (Gəncə) şəhərində
Maarif işçiləri
evinin “Gəncə” xalq estrada orkestri,
İliç (Şərur)
rayon Mədəniyyət evinin
“Yallı” xalq rəqs ansamblı, Lənkəran rayon Mədəniyyət
evinin “Şənlik” mahnı və rəqs ansamblı və s.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 22
fevral.- S.5.