Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 5413 eksponat qorunur

 

Fevralın 17-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan nazir Natəvan Qədimova bildirib ki, muzey Ümummilli lider Heydər Əliyevin hələ sağlığında ölkəmizdə yaradılmış ilk muzeydir.

Azərbaycanda muzey işinin, muzeyşünaslığın inkişafının Ulu öndərin adı ilə bağlı olduğunu vurğulayan nazir qeyd edib ki, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev respublikada muzey şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda muzey şəbəkəsinin inkişafı daha intensiv xarakter alıb, 100-dən çox muzey yaradılıb, ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, xatirə muzeyləri təşkil edilib.

Bildirilib ki, Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək ekspozisiya ilə tanış olub. 2005-2006-cı illərdə muzeyin binasında əsaslı yenidənqurma işləri aparılıb. 2006-cı ilin dekabr ayında Prezident İlham Əliyevin iştirakı ilə muzey yenidən istifadəyə verilib.

Mədəniyyət naziri muzeyin yaradılmasının ildönümü ilə bağlı müəssisənin əməkdaşlarını təbrik edib, dahi şəxsiyyətin həyat və fəaliyyətinin bundan sonra da təbliğ edilməsi işində uğurlar arzulayıb.

YAP Naxçıvan MR Təşkilatı sədrinin müavini-Aparatın rəhbəri Anar İbrahimovunUlu öndər Heydər Əliyevin siyasi irsimüasir Azərbaycan” və muxtar respublikanın təhsil naziri Rəhman Məmmədovun “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzularında çıxışları dinlənilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev muzey haqqında məlumat verib. Qeyd edilib ki, muzeydə dahi rəhbərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən ümumilikdə 5413 eksponat toplanıb, bunlardan 3000-dən çoxu ekspozisiyadakitabxanada nümayiş etdirilir.

Sonra tədbir iştirakçıları “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisifilmini izləyiblər. Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

 

Mədəniyyət.- 2023.- 22 fevral.- S.4.