“Atam,
anam, qardaşım, mən və Stalin” tamaşasının premyerası
olub
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
"Atam, anam, qardaşım, mən və Stalin" tamaşasının
premyerası keçirilib.
Fevralın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində
təqdim olunan tamaşa tənqidçi,
ədəbiyyatşünas Azər Turanın eyniadlı dramı əsasında ərsəyə
gətirilib.
Dahi şair-dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunan səhnə əsərinin
quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Bəhram Osmanov, tərtibatçı
rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz
Xəlilov, rejissor köməkçisi İmaməli
İmaməliyevdir. Rolları Əməkdar
artist Esmiralda Şahbazova,
aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.
Tamaşada Cavidlər ailəsinin – Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrul Cavid və Turan Cavidin
– Stalin repressiyası səbəbindən
məruz qaldıqları
məşəqqətli ömür
yollarından bəhs olunur.
Səhnə əsəri tamaşaçılar
tərəfindən maraqla
qarşılanıb.
Mədəniyyət.- 2023.- 22
fevral.- S.5.