Mirzə Cəlilin doğum
günü qeyd olunub
Fevralın 22-də böyük yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadənin (1869-1932) anadan olmasının 154-cü ildönümü oldu. Bu münasibətlə ədibin Naxçıvan şəhərindəki ev-muzeyində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov böyük ədibin xatirəsinin əbədiləşdirilməsi barədə danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1974-cü ildə Naxçıvan şəhərində yazıçının heykəli ucaldılıb, Cəlil Məmməqduluzadənin dərs dediyi Nehrəm qəsəbəsində, Şərur rayonunun Cəlilkənd kəndində xatirə muzeyləri, 1994-cü ildə Bakıda, 1999-cu ildə Naxçıvanda ev-muzeyləri yaradılıb.
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, institutun böyük elmi işçisi Aygün Orucova ədibin yaradıcılığından söz açıblar.
***
C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində də görkəmli ədibin doğum günü qeyd olunub.
Muzeyin direktoru
Aləmzər İbrahimova, Muxtar respublika
Yazıçılar Birliyinin sədri Asim Əliyev, pedaqogika elmləri
doktoru Kamal Camalov Mirzə Cəlilin
yaradıcılığından, pedaqoji
görüşlərindən danışıblar.
Vurğulanıb ki, “Molla
Nəsrəddin” jurnalının elə bir
nömrəsini tapmaq olmaz
ki, orada məktəb,
maarif, təlim-tərbiyə məsələlərinə
toxunulmamış olsun. Muzeydə ədibə
həsr olunmuş guşəyə
baxış keçirilib.
Mədəniyyət.- 2023.- 24
fevral.- S.4.