Qlobal Aşpazlar Müsabiqəsindən üç medal

 

 

Yenidən formalaşdırılan Azərbaycan milli kulinariya komandası ilk dəfə Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və üç bürünc medal qazanıb.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, azərbaycanlı aşpazlar Dünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi Qlobal Aşpazlar Müsabiqəsinin Avropa üzrə yarımfinalında – İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qra-prisi – 2023”də fərqləniblər.

DTA-nın dəstəyi ilə yarışmaya qatılan aşpazlar dörd kateqoriya üzrə çıxış ediblər. Baş aşpaz Sərxan Məmmədov və köməkçi aşpaz Abdulla AbdullayevQlobal usta aşpazlar müsabiqəsi” kateqoriyasında, baş qənnadçı Gülnar Rəsulova və köməkçi Zinyət AxundovaQlobal şirniyyat hazırlanması üzrə aşpaz” kateqoriyasında, baş aşpaz Nicat Babayev və köməkçi Leyla Vəliyeva isə “Qlobal veqan aşpaz” kateqoriyası üzrə bürünc medal əldə ediblər.

Bu nailiyyət sayəsində Azərbaycan komandası Sinqapurda keçiriləcək “Dünya aşpazları konqresi – 2024”ün final mərhələsinə vəsiqə qazanıb.

Kulinarlar yarışmasının keçirildiyi Rimini Ekspo Mərkəzində “Qarabağ, Şuşamövzusunda milli turizm brendinə əsasən destinasiya məlumat stendi də quraşdırılıb.

 

Mədəniyyət.- 2023.- 24 fevral.- S.8.