“Xocalıda ruhum
qalıb”
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində “Xocalıda ruhum qalıb” adlı tədbir-sərgi keçirilib.
Sərgidə tanınmış rəssam və heykəltəraşlar Xanlar Əhmədov, Əşrəf Heybətov, Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdullayevin şəxsi kolleksiyalarda, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan müxtəlif təsviri və tətbiqi sənət nümunələri nümayiş olunub.
Qeyd edək ki, tədbir zamanı rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən” adlı rəsm əsərlərinin təqdimatı keçirilib.
Tədbirdə rəssamlar, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları,
DOST İnklüziv İnkişaf
və Yaradıcılıq Mərkəzinin könüllüləri
və digər qonaqlar iştirak
ediblər.
Mədəniyyət.- 2023.- 24
fevral.- S.3.