“Xocalı şəhidləri – 613”
kitabının təqdimatı
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində fevralın 23-də Heydər Əliyev Mərkəzində “Xocalı şəhidləri – 613” kitabının təqdimatı keçirilib.
Kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımı zamanı həlak olan 613 nəfərin hər biri haqqında məlumat verilir.
Müəllif Dürdanə Ağayeva bildirib ki, kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunub.
Dürdanə Ağayeva özü də bu faciənin qurbanlarındandır. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva faciə zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. O, erməni girovluğunda ağlasığmaz işgəncələrə məruz qaldığını, erməni vəhşiliyinin və vandalizminin, xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayətlərinin şahidi olduğunu söyləyib.
Kitabın müəllifi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğullarının qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Tədbirdə Xalq
yazıçısı Çingiz Abdullayev, Xocalı faciəsinin canlı
şahidləri, hərbi ekspertlər də
çıxış ediblər. Qeyd olunub ki,
Xocalı faciəsinə siyasi-hüquqi
qiymət ilk dəfə Ulu
öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra verilib.
Ümummilli liderin təşəbbüsü
ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı
soyqırımı günü
haqqında” qərar qəbul edilib, 26
fevral ölkəmizdə Xocalı
Soyqırımı Günü elan olunub.
Mədəniyyət.- 2023.- 24
fevral.- S.2.