TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq
müzakirə olunub
Bakıda səfərdə olan TÜRKSOY-un baş katibi Sultan Raev fevralın 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə türk xalqları arasında dostluğun möhkəmlənməsində Türk dünyası təşkilatları tərəfindən göstərilən səylərin önəmindən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un bu yöndə fəaliyyətindən söz açılıb. “Şuşa – 2023: Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində birgə təbirlərin keçirilməsi məsələsi müzakirə olunub.
Ümummilli lider
Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş Türk
Dünyası Mədəniyyət Forumu ilə
bağlı görülən hazırlıq işlərindən
də bəhs edilib. Beynəlxalq Türk Dilləri Forumu və
digər layihələrin keçirilməsi, eləcə də
Türk dünyasının böyük şəxsiyyətlərinin
yubileylərinin qeyd olunmasında əməkdaşlığın
vacibliyinə toxunulub.
Mədəniyyət.- 2023.- 24
fevral.- S.2.