“Mərmər soyuğu” Serbiyada mükafata layiq görülüb
Rejissor Asif Rüstəmovun “Mərmər
soyuğu” filmi 15-21 iyul tarixlərində Serbiyada keçirilən
30-cu Paliç Avropa
Film Festivalında “Münsiflər
heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Festivalın münsifləri
ekran əsərini cəmiyyətdə yaşanan
bir nəslin travmasını əks etdirən film kimi dəyərləndiriblər.
Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə
istehsalı olan “Mərmər soyuğu” filmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo,
quruluşçu operatorları
Oktay Namazov və Adil Abbasov,
prodüserləri Fariz
Əhmədov, Balakişi
Qasımov, Orman Əliyev və Guillaume de Seille,
kreativ prodüseri İradə Bağırzadə,
quruluşçu rəssamı
Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban
İsmayılov, aktyorlar
Elşən Əsgərov
və Natəvan Abbaslı çəkiliblər.
Mədəniyyət.-
2023.- 26 iyul.- S.1; 5.