Uşaq İncəsənət Festivalında
final üçün
seçimlər
Mil-Muğan RMİ üzrə mərhələ
başa çatıb
Azərbaycan
xalqının Ümummilli
lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Mədəniyyət Nazirliyi,
Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının
ikinci – regional mərhələsi davam edir.
Üç mərhələdən
ibarət festivalda 6-17
yaş arası şəxslər peşəkar
və həvəskar olmaqla iki kateqoriya
üzrə üç
yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edirlər.
Respublikamızda müstəqillik
dövrünün ən
irimiqyaslı incəsənət
layihəsinə şəhər
və rayonlardan, o cümlədən Naxçıvan
Muxtar Respublikasından
ümumilikdə 26 mindən
çox iştirakçı
qeydiyyatdan keçmişdi.
Festivalın birinci
mərhələsi aprel-iyun
aylarında gerçəkləşib.
İkinci mərhələ
isə iyul-avqust aylarını əhatə
edir. Final mərhələsinin
sentyabr ayında Bakıda keçirilməsi
nəzərdə tutulur.
Mil-Muğan RMİ-nin
əhatə etdiyi Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə festivalın II
mərhələsinə yekun
vurulub.
Region üzrə
3-18 iyul tarixləri ərzində gerçəkləşən
festivalın II mərhələsində
fərdi olaraq 15 nominasiyada 403 nəfər,
kollektiv olaraq 2 nominasiyada 5 kollektiv iştirak edib.
Rəssamlıq, dekorativ-tətbiqi
sənət və rəqəmsal incəsənət
nominasiyaları Sabirabad
rayon Heydər Əliyev Mərkəzində,
piano ifaçılığı,
klassik nəfəs alətləri ifaçılığı,
xalq çalğı
alətləri ifaçılığı,
akademik vokal, estrada oxuma, xanəndəlik sənəti,
aşıq sənəti,
aktyorluq, bədii qiraət, hekayəçilik,
solo milli rəqs, eyni zamanda xor və
milli rəqs ansamblı nominasiyaları
isə rayon Mədəniyyət Mərkəzində
təşkil olunub.
Festival iştirakçıları
üçün ekskursiyalar
Uşaq
İncəsənət Festivalının
region mərhələsində
uğur qazanmış
istedadlı uşaqlar
üçün Şəki-Zaqatala
Regional Mədəniyyət İdarəsi tərəfindən
Şəkinin “Yuxarı
Baş” Milli Tarix-Memarlıq Qoruğunun
ərazisində yerləşən
muzey müəssisələrinə
ekskursiya təşkil
edilib.
Ekskursiya zamanı
uşaqlar Xan sarayı, Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası ilə tanış olublar.
***
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə UİF-nin birinci mərhələsində
rayon üzrə uğur qazanmış uşaqların asudə vaxtlarının səmərəli
təşkili məqsədilə
“Oğuzlu istedadlar” adlı görüş keçirilib.
Əvvəlcə Ulu
öndər Heydər
Əliyevin abidəsi ziyarət olunub. Daha sonra görüş
iştirakçıları rayon Tarix-Diyarşünaslıq
Muzeyinə baş çəkiblər.
Sonda uşaqlar
Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs
edən filmi izləyiblər.
N.Məmmədli
Mədəniyyət.-
2023.- 26 iyul.- S.1; 4.