Qərbi Azərbaycanın
mədəni irsi ilə bağlı sənədli film çəkilir
Azərbaycan
Kinematoqrafçılar İttifaqı
(AKİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
maliyyə yardımı
ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin icrasına başlayıb.
AKİ-dən bildirilib
ki, layihə çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı
sənədli filminin çəkilişlərinə başlanılıb.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri
AKİ-nin katibi Əli İsa Cabbarov, xətti prodüseri İsmayıl Qasımovdur.
Film ingilis və erməni dillərində də yayımlanacaq. Sənədli filmdən savayı layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların (erməni və ingilis dillərində) hazırlanması da nəzərdə tutulur.
Mədəniyyət.-
2023.- 26 iyul.- S.3.