İyulun 22-də Azərbaycan
milli mətbuatının
əsasının qoyulmasının
148 yaşı tamam oldu. Milli Mətbuat
Günü – media işçilərinin peşə
bayramı münasibətilə
bölgələrdə də
müxtəlif tədbirlər
keçirilib.
Şirvan şəhər
Mərkəzi Kitabxanasının
əməkdaşları Milli
Mətbuat Günü
münasibətilə şəhərdəki
Əlillərin Reabilitasiya
Mərkəzində fiziki
məhdudiyyətli insanlar
üçün kitab
sərgisi təşkil
edib. Sərgidə mətbuatımızın tarixindən,
bu sahəyə göstərilən dövlət
qayğısından bəhs
edən kitablar nümayiş olunub.
Salyan Tarix-Diyarşünaslıq
Muzeyi və rayon Mədəniyyət Mərkəzinin 1, 2, 4 nömrəli
şəhər, Ərəbqardaşbəyli,
Beştalı kənd
klubları, həmçinin
Kürqaraqaşlı kənd
Diyarşünaslıq evinin
əməkdaşları rayonun
mətbuat orqanı olan “Qələbə” qəzetinin yaradıcı
heyəti ilə görüşüb. Görüşdən
sonra muzeyin fondunda qorunan qəzetin ilk nüsxələrindən ibarət
sərgiyə baxış
olub. Tədbir görkəmli ədib, jurnalist Əli bəy Hüseynzadənin abidəsinin ziyarət olunması ilə başa çatıb.
Salyan rayon Mədəniyyət Mərkəzinin
Sarvan kənd Folklor evində keçirilən tədbirdə
Həsən bəy Zərdabi və “Əkinçi” qəzeti haqqında danışılıb.
***
İmişli rayon
MKS-nin 17 saylı Əliqulular kənd kitabxana filialı “Mətbuatımızın tarixi”
başlığı altında
dəyirmi masa təşkil edib. Çıxışlarda milli
mətbuatımızın tarixindən,
H.Zərdabinin maarifçilik
fəaliyyətindən söz
açılıb.
***
Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən
tədbirdə qeyd edilib ki, Ümummilli
lideri Heydər Əliyev Azərbaycanda peşəkar mətbuatın
himayədarı olub, bu sahəyə diqqət və qayğı göstərib.
Tədbirin sonunda “Cəmiyyətin güzgüsü
– milli mətbuatımız”
adlı sərgi nümayiş olunub.
***
Lənkəran şəhər
Heydər Əliyev Mərkəzində Azərbaycan
Yazıçılar Birliyi
ilə birgə Milli Mətbuat Günü münasibətilə
tədbir keçirilib.
Çıxışlarda Azərbaycan
milli mətbuatının
keçdiyi yoldan söz açılıb.
Qeyd edilib ki, Ulu öndər
Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Sonda Milli Mətbuat Günü ilə bağlı film nümayiş olunub.
YAP Astara rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, Astara Dövlət Rəsm Qalereyası və Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbinin birgə təşkilatçılığı
ilə “Mətbuat cəmiyyətin güzgüsüdür”
mövzusunda tədbir
keçirilib. Tədbirdə
Astara Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən
rəssamlıq dərnəyi
üzvlərinin əl
işlərindən ibarət
sərgi nümayiş
etdirilib.
Masallı Tarix-Diyarşünaslıq
Muzeyində rayon MKS-nin Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzi ilə birgə Ulu öndərin Azərbaycan
mətbuatının inkişafına
göstərdiyi qayğıya
həsr olunan tədbir keçirilib. Çıxışlarda milli
mətbuatımızın keçdiyi
yola nəzər salınıb, Azərbaycanda
peşəkar mətbuatın
formalaşması, söz
və mətbuat azadlığının təmin
edilməsində Ulu öndərin rolundan danışılıb.
***
Gəncə şəhər
MKS-nin 19 saylı kitabxana filialı “Azərbaycan mətbuatının
keçdiyi zəngin və şərəfli inkişaf yolu” başlığı altında
tədbir təşkil
edib. Çıxışlarda
“Əkinçi” qəzeti
ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının dövrün mütərəqqi
ideyalarını əks
etdirməsindən, xalqımızın
maarifləndirməsindən, milli və bəşəri
dəyərlərin təbliğində
mühüm rol oynamasından söhbət
açılıb. Sonda
tədbir iştirakçıları
Milli Mətbuat Gününə həsr olunmuş videoçarxı
izləyiblər.
***
Zərdab rayon
MKS-nin Mərkəzi Kitabxanasında “Həsən
bəy Zərdabinin maarifçilik fəaliyyəti”
adlı dəyirmi masa təşkil olunub. Tədbirdə milli mətbuatımızın
yaranma tarixi haqqında məlumat verilib. Sonda tədbir iştirakçıları
Milli Mətbuat Günü ilə bağlı təşkil olunmuş sərgiyə baxıblar.
Rayondakı Həsən
bəy Zərdabi Muzeyi, rayon Mədəniyyət
Mərkəzi və Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqı
rayon komitəsinin birgə təşkilatçılığı
ilə tədbir keçirilib. “Həsən
bəy Zərdabi və Azərbaycan mətbuatı” adlı tədbirdə qeyd edilib ki, “Əkinçi”
qəzetinin ortaya qoyduğu ideallar bu gün üçün
də aktuallığını
qoruyub saxlayır.
Xalq şairi Rəsul Rzanın Göyçaydakı ev-muzeyində
“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda
dəyirmi masa təşkil olunub. “Göyçay” qəzetinin
redaktoru Adil Məmməd milli mətbuatın yaranma tarixindən danışıb.
Qeyd edib ki, cəmi 56 nömrəsi işıq üzü görsə də, “Əkinçi” qəzeti Azərbaycan mətbuatında mayak rolunu oynayıb. Digər çıxış
edənlər mətbuatımızın
bu günündən və media işçilərinə
dövlət qayğısından
söz açıblar.
***
Qazax-Tovuz Regional Mədəniyyət
İdarəsinin (RMİ) tabeliyində
olan müəssisələrdə
də Milli Mətbuat Gününə
həsr olunmuş silsilə tədbirlər keçirilib.
Nurəddin Məmmədli
Mədəniyyət.-
2023.- 26 iyul.- S.4.