Kitabxanada İsi Məlikzadənin “Quyu” povesti müzakirə
olunub
İsmayıllı rayon
Mərkəzi Kitabxanasında
“Mütaliəçilər” kitab klubu üzvlərinin
iştirakı ilə
görkəmli yazıçı
İsi Məlikzadənin
(1934-1995) “Quyu” povestinin
müzakirəsi keçirilib.
Əvvəlcə ədibin
həyat və yaradıcılığı haqqında
məlumat verilib. Sonra povestin qəhrəmanları müzakirə
olunub, əsərin ideya-bədii xüsusiyyətləri,
müəllifin qayəsi
barədə söz açılıb.
Qeyd olunub ki, povestdə İsi Məlikzadə
70-ci illər Azərbaycan
kəndinin mənəvi-əxlaq
mənzərəsini əks
etdirib. “Quyu” sözü burada rəmzi məna daşıyır.
Əsərdə Umud adlı oğlan aşpazlığı “kişi işi” hesab etməyib işdən çıxır. Kəndin kolxoz sədri Xalıq Umudu və dədəsi Məcid kişini evinə çağırıb quyu qazmağı xahiş edir. Bir gün Məcid kişi Umuda eyvana çıxıb su gətirməyi xahiş edəndə Umud gəlib xoşagəlməz bir mənzərəyə şahid olur. Bu sirrin üstü açılmasın deyə Umudun həyatında dəyişiklər başlayır...
Mədəniyyət.-
2023.- 26 iyul.- S.4.