ATXİ teatrdan yazanları
təltif edib
Azərbaycan Teatr Xadimləri İttifaqında
(ATXİ) Milli Mətbuat Günü
münasibətilə tədbir
keçirilib.
İyulun 21-də mədəniyyət
xadimləri, media nümayəndələri
və ittifaqın əməkdaşlarının iştirak
etdiyi tədbirdə çıxış edən
ATXİ-nin sədr müavini Xalq artisti Hacı İsmayılov 150 illik yubiley ilini yaşayan
Azərbaycan peşəkar
milli teatrı üçün
bu mövsümün də məhsuldar olduğunu deyib. O, il ərzində ittifaq tərəfindən 30-dan artıq
tədbirin reallaşdırıldığını
diqqətə çatdıraraq
sentyabr ayından yubiley silsiləsinin davam edəcəyini bildirib.
Hacı İsmayılov
bu il yaranmasının
148-ci ildönümü tamam
olan Azərbaycan milli mətbuatının da zəngin
inkişaf yolu keçdiyini vurğulayıb,
22 iyul – Milli Mətbuat
Günü münasibətilə
media nümayəndələrini təbrik edib, teatrdan, incəsənətdən
yazan müəlliflərə
təşəkkürünü bildirib.
Sonra teatr sənətinin inkişafındakı xidmətlərinə
görə bu il 75 illik yubileyini qeyd edən Xalq rəssamı Nazim Bəykişiyev, Bakı Uşaq və Gənclər Teatrının
70 yaşlı aktrisası
Sovqat Səmədova, eləcə də 30 illiyi münasibətilə
ittifaqın beynəlxalq
məsələlər üzrə
katibi Lalə Məmmədova ATXİ-nin
fəxri fərmanları
ilə təltif olundular.
Ardınca tədbirin
əsas səbəbkarlarına
– ittifaq ilə sıx əməkdaşlıq
edən KİV nümayəndələrinə
ATXİ-nin fəxri fərmanları təqdim edilib. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin
əməkdaşı da var.
Mədəniyyət.- 2023.- 26 iyul.-
S.5.