Naxçıvan Dövlət
Filarmoniyasına yeni status verilib
Naxçıvan Dövlət
Filarmoniyasına “muxtar
respublika” statusu verilib. Bu münasibətlə
iyulun 24-də təqdimat
mərasimi keçirilib.
Naxçıvan MR Nazirlər
Kabineti Aparatının
rəhbəri Aləm
Bağırov Naxçıvan
Dövlət Filarmoniyasının
yaranma tarixi haqqında məlumat verib. Qeyd olunub
ki, 1983-cü ildə fəaliyyətə
başlayan Naxçıvan
filarmoniyası professional musiqi
kollektivi kimi formalaşıb. Filarmoniyanın
peşəkar musiqi sənətinin yaşadılmasında
xidmətləri və
uğurlu fəaliyyəti
nəzərə alınaraq
ona “muxtar respublika” statusunun verilməsi qərara alınıb.
Vurğulanıb ki, Azərbaycan
Respublikası Prezidentinin
muxtar respublikada səlahiyyətli nümayəndəsi
Fuad Nəcəflinin təşəbbüsü
ilə yeni statuslu müəssisədə əməkdaşların
əməkhaqqılarına da yenidən baxılacaq.
Qeyd olunub
ki, Naxçıvan Dövlət
Filarmoniyası bundan sonrakı fəaliyyəti
ilə əhaliyə yüksək səviyyədə
mədəni xidmət
göstərməli, müasir
səhnə sənətinin
inkişafını təmin
edən yaradıcılıq
axtarışları aparmalı,
milli mədəniyyətin və
incəsənətin inkişafında
xüsusi rola malik olmalıdır.
NMR mədəniyyət nazirinin
müavini Həsən
Kərimov və filarmoniyanın əməkdaşları
atılan bu addımı yüksək
qiymətləndirib, minnətdarlıqlarını
bildiriblər.
Mədəniyyət.- 2023.- 26 iyul.-
S.5.