Akademik Musiqili
Teatr mövsümə
yekun vurub
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrı mövsümə
“Sən elə bir zirvəsən” adlı tamaşa ilə yekun vurub.
Səhnə əsəri
Ulu öndər Heydər Əliyevin 100, Azərbaycan peşəkar
milli teatrının
150 illiyi münasibətilə
hazırlanıb.
Tamaşanın bədii
rəhbəri teatrın
direktoru Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev,
ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev,
rejissor assistenti Afər Tağıyevadır.
Musiqili tarixi-esse
kimi hazırlanan səhnə əsərində
Əməkdar artistlər
Fərid Əliyev, Səidə Şərifəliyeva,
Prezident mükafatçıları
Mehriban Zaliyeva, Səmədzadə Xasiyev,
aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin
teatrın xor və balet heyətinin
üzvləri iştirak
edirlər.
Xatırladaq ki, teatrın yaradıcı heyəti bu tamaşa ilə Gəncə və Şəki şəhərlərində də çıxış edib.
Mədəniyyət.-
2023.- 26 iyul.- S.5.