Bakıdakı
Rus Evi də
mövsümü bağlayıb
Bakıdakı Rus
Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) iyulun 21-də
sənət mövsümünə
yekun vurub.
“Mövsümün bağlanışı”
adlı konsertin proqramına həm peşəkar, həm də həvəskar musiqiçilərin ifasında
klassik musiqi əsərləri, caz kompozisiyaları, müasir
estrada nümunələri,
xalq rəqsləri və mahnıları daxil edilib.
Konsertdə Əməkdar
artist Anton Ferştandt, Akademik Musiqili Teatrın solisti Yuliya Heydərova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri Leyla Kərimova və Renata Əbubəkirova, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellasının artistləri
Fərhad Ələkbərov
və Əliyar Əliyev, Akademik Opera və Balet Teatrının
xorunun solisti Ruslan Persan, Fatimə Nəzirlinin rəhbərliyi ilə “Xarıbülbül” vokal-xoreoqrafik
ansamblı və başqaları çıxış
ediblər.
Tədbiri BMA-nın
baş müəllimi
fəlsəfə üzrə
sənətşünaslıq doktoru Alyona İnyakina aparıb.
***
Konsertlər mövsümü
başa çatsa da, Bakıdakı Rus Evində mədəniyyət tədbirləri
davam edir. İyulun 22-də burada görkəmli rus şairi Vladimir Mayakovskinin (1893-1930) 130 illiyi
münasibətilə yaradıcılıq
gecəsi keçirilib.
“Poeziya klubu”nun tədbirində
gənc şairlər
Günatay Hüseynova,
Fidan Nəzərova, Türkan Bayramzadə, Zarema Manafova, Renata və Vadim Aprelkov çıxış ediblər.
BMA-nın məzunu Ləman Qulamova və gənc pianoçu Tağı Rzanın ifasında musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, Vladimir Mayakovski 1926-cı ilin fevralında və 1927-ci ilin dekabrında Bakıda olub, hər iki səfərinin təəssüratı ilə bağlı şeirlər yazıb.
Mədəniyyət.-
2023.- 26 iyul.- S.5.