Nəsirəddin
Tusinin əsərləri
çapdan çıxıb
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə böyük Azərbaycan alimi və mütəfəkkiri
Xacə Nəsirəddin
Tusinin (1201-1274) “Övsafül-əşraf”
və “Bist bab dər elmi-üstürlab”
əsərləri bir
kitabda nəşr olunub.
Kitaba Tusinin “Övsafül-əşraf”(Şərafət sahiblərinin vəsfi) və “Bist bab
dər elmi-üstürlab”(Üstürlab elmi haqqında iyirmi bab) adlı iki risaləsi AMEA Məhəmməd Füzuli
adına əlyazmalar İnstitutunun Farsdilli Əlyazmaların tədqiqi
şöbəsinin böyük
elmi işçisi Rauf Şeyxzamanlı tərəfindən fars dilinə tərcümə
olunaraq daxil edilib. R.Şeyxzamanlı kitaba geniş ön söz yazıb, qeyd və izahlar əlavə edib.
İyirmi babdan
ibarət “Bist bab dər elmi-üstürlab”
risaləsi ilk dəfə, altı babdan ibarət “Övsafül-əşraf” risaləsi
isə müəyyən
düzəlişlərlə təkrar nəşr olunub.
Qeyd edək ki, yeni nəşrin elmi redaktorları institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Nəsib Göyüşov və mərhum şərqşünas alim, filologiya elmləri namizədi Müqəddəs Payızovdur.
Mədəniyyət.-
2023.- 26 iyul.- S.7.