Gənc xanəndənin böyük solo konserti

 

Mayın 29-da Heydər Əliyev Sarayında Azərbaycan Televiziyasının Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub.

Bu, gənc ifaçının sayca dördüncü, Heydər Əliyev Sarayında isə ilk böyük solo konsertidir. Müğənnini tarzən Məsim İslamovun rəhbərliyi iləBayatı-türk” instrumental ansamblı müşayiət edib. Konsertin aparıcısı Azər Süleymanlı tədbir boyu hər musiqi nömrəsinin mətninə uyğun şair Vüqar Əhmədin şeirlərini səsləndirib.

Anşlaqla keçən konsertdə muğam, xalq, aşıq bəstəkar mahnıları, eləcə türk estrada nəğmələri ifaçı tərəfindən peşəkarlıqla ifa olunub sürəkli alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 2 iyun.- S.5.