Demə ki, sənə yadam, sevgilim...

 

Yay günəşinin nazlı vaxtında, bar-bəhrəli günlərində (4 iyun 1926) doğulmuşdu özü səsi kimi gözəl, həyatı avazı kimi yanğılı xanəndə. Amma qışın qar-sazağında, özü duyğuları belə donduran tənhalıq laqeydliyin girdabında  (4 yanvar 2000) köçdü bu vəfasız dünyadan. Köçdü ki, özündən sonra bir o zəngulə, o avaz, o yanğı o boyda ağrı ilə heç kiminKəsmə şikəstə”də yanıb-alışdığını, sönüb kül olduğunu görməsin...

Əməkdar artist, xəlqi sənətkar, səsi ilə minlərlə insanın qəlbində öz yerini həmişəlik alanKəsmə şikəstə”nin bənzərsiz ifaçısı Fatma Mehrəliyeva sənəti zamana yenilməyən sənətkardır. Bunu mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Fatma Mehrəliyevanın xatirə gecəsinə toplaşan hər nəsildən muğamsevərlər, musiqi ilə bütün duyğularına qol-qanad verənlər təsdiqlədilər.

Xatirə gecəsində sənətkarın ifaçılıq xüsusiyyətlərinə, xanəndə kimi fərqliliyinə nəzər salındı. Filologiya üzrə fəlsəfə doktoru, muğam irsinin tədqiqatçısı Gülhüseyn Kazımlı xanəndənin ömür sənət yolunu xatirələrin işığında yenidən vərəqlədi. Bildirdi ki, F.Mehrəliyeva muğam, xalq mahnı təsniflərinin, eləcə bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb. Onun oxuduğu muğamlar arasındaKəsmə şikəstə”nin özünəməxsus yeri var. Musiqişünas-alim Ramiz ZöhrabovZərbi muğamlarkitabında verdiyiKəsmə şikəstə”ni məhz Fatma xanımın ifasında nota köçürüb.

 “Qatar”, “Segah-zabul digər muğamların, xalq bəstəkar mahnılarının mahir ifaçısı olan xanəndə Azərbaycan musiqi mədəniyyətinə mühüm töhfələr verib.

Gözəlliyi peşəkarlığı ilə diqqətləri cəlb edən ifaçı 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılanArşın mal alanfilmində oynadığı Telli rolu ilə geniş tamaşaçı rəğbəti qazanıb.

Gülhüseyn Kazımlı sənətkar haqqında kövrək xatirələri, zamanın böyük sənətşünaslarının rəylərini, Fatma xanımın insan ifaçı kimi xarakterik xüsusiyyətlərini diqqətə çatdırdı. Qeyd etdi ki, hələ kiçik yaşlarından öz səsi ilə qohum-qonşunun, müəllimlərinin sevgisini qazanan Fatma Qubada oxuduğu orta məktəbdə nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. FestivaldaQubanın almasıxalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb edir.

Dahi bəstəkarla tanışlığı Fatmanın həyatında böyük rol oynayır. Üzeyir bəy ona əsl ata qayğısı göstərir. Fatmanı məktəbdə oxudur, ona musiqi təhsili almaq üçün şərait yaradır. Beləcə, Üzeyir bəyin xeyir-duası Mehrəliyeva üçün uzun həyat yolunda yaşıl işığa çevrilir.

Fatma Mehrəliyeva xanəndəlik fəaliyyətinə 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəSazçı qızlaransamblında başlayır. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən bu istedadlı gəncin sorağı bütün respublikaya yayılır. 1941-1945-ci illər müharibəsi onun da həyatına təsirsiz ötüşmür. O, tez-tez cəbhədə hərbçilərin qarşısında çıxış edir. Fatma xanımın cəbhə repertuarında Ü.Hacıbəylinin vətənpərvərlik nəğmələri geniş yer tutur. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyiŞəfqət bacısımahnısının ilk ifaçısı da o olub. Lakin həmin ifanın lent yazıları qalmayıb.

Gecədə ifaçının yaddaşlara köçən muğam, təsnif və mahnılarından seçmə nümunələr də səsləndi. Xatirələr toplusuna xüsusi rəng qatan məqam xanəndənin ömür-gün yoldaşı olmuş Teyyub Dəmirovun ifasında “Kəsmə şikəstə”nin nadir səs yazısı oldu.

Qonaqları kövrək notlara kökləyən gecə sənətkara ithaf konsert proqramı ilə davam etdi.

Fərqli üslubladlarda mahnılar ifa olunduqca biz də xəyal qanadlarında zamanlar arasında səyahətə çıxdıq. Axı, hər birimizin ömür yolunda, gənclik ilə qocalıq arasındakı amansız keçidində musiqi avazı var. Axı, hər birimizvaxtsa “Əzizinəm, a balam...” xitabında, “Qara gözlərinə qurban olduğum” fərqləndirməsində, “Uzaqdan, abalam, boyunu gördüm” həsrətində, “Baxım xumar gözlərinə” yanğısında, “Demə ki, sənə yadam, sevgilim” izharında oluruq. Sonra başımızdan sevdası getməyən “İlk məhəbbət”in həsrətinə qoşulub gahSegahda qəhərlənir, gahNeyçün səni bəs unuda bilmirəm!” sualları ilə baş-başa qalırıq.

Xəyalən illər öncəyə qayıdanları Fatma Mehrəliyevadan bizə yadigar qalanqorunan nəğmələrin – “Qubanın alması”nın, “Azərbaycan maralı”nın, “Ahu kiminin, “Qaragilə”nin gənc və istedadlı yeni ifaçıları (Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Tofiq Həmidov,  Nisbət Sədrayeva, Sədəf Budaqova, Mirəli Mirizadə, Murad Laçın, Ülkər Abdullayeva, Günay İmamverdiyeva) günümüzə “qaytarıb”, fərqli ovqata köklədilər.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 2 iyun.- S.7.