Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində müsabiqə elan edib

 

Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə

 

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) “Heydər Əliyev İli” çərçivəsində bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə VI müsabiqə elan edib.

İki mərhələdən ibarət müsabiqə 20-22 noyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək. Müsabiqədə yaş məhdudiyyəti yoxdur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (tel: (012) 598 08 86) təqdim etməlidir.

Təşkilat komitəsinin və münsiflər heyətinin sədri ABİ-nin sədri Xalq artisti, UNESCO-nunSülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadədir.

Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən birinin ifası daxildir. İştirakçılar istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud hissələrini ifa edə bilərlər.

Müsabiqənin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.

Birinci yer üçün 1000 manatbirinci dərəcəli diplom, ikinci yer üçün 750 manatikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manatüçüncü dərəcəli diplom nəzərdə tutulur.

 

Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün xüsusi mükafatlarını təsis edə bilərlər.

Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.

 

Mədəniyyət.- 2023.- 2 iyun.- S.7.