Ömrümün səhifələri” – tanınmış balaban ifaçısının yubiley konserti

 

Tanınmış balaban ifaçısı Coşqun Sadıqovun 50 illik yubileyi münasibətilə mayın 25-də Beynəlxalq Muğam Mərkəzində konsert keçirildi. “Ömrümün səhifələri” adlı konsertin proqramı etno-caz musiqisindən ibarət idi.

Cazı doğma muğam dilinə çevirib təqdim edən Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadə yolunun davamçısı olan Coşqun Sadıqovu konsertdə Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblı və Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi caz qrupunun musiqiçiləri müşayiət edirdi.

Gecədə Cəmil Əmirov, Siyavuş Kərimi və Əlibaba Məmmədovun bəstələri ilə yanaşı, milli rəqs və aşıq havalarımız caz improvizələri ilə təqdim olundu. Konsert proqramı böyük maraqla qarşılandı.

Coşqun Sadıqov hələ uşaq yaşlarından nəfəsli alətlərə maraq göstərib. Milli Konservatoriyanın bakalavrmagistr pillələrində təhsil alıb. Ölkəmizdə təşkil edilən muğamcaz festivallarının iştirakçısı olan ifaçı həmçinin Türkiyə, ABŞ, Rusiya, Fransa, Avstriya, Norveç və digər ölkələrdə caz festivallarında çıxış edib. İfaçı 2014-cü ildə İsveçrədə Montre Caz Festivalında milli nəfəs alətləri üzrə ustad dərsi keçib. 15 ildir “Cəngi” estrada folklor ansamblında fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2023.- 2 iyun.- S.7.