İrəvan Dövlət Azərbaycan Dram Teatrının bölgələrə
qastrolu davam edir
Xəbər verdiyimiz kimi, C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrı “Heydər Əliyev
İli” çərçivəsində bölgələrə
qastrol səfərinə çıxıb. Səfər
regional mədəniyyət idarələrinin təşkilatçılığı
ilə həyata keçirilir.
Qocaman sənət ocağı qastrola şair-dramaturq
İftixar Piriyevin “Nurlu ömrün anları” mənzum
tamaşasının nümayişi ilə mayın 22-də
Oğuz rayonunda başlayıb. Ulu öndər Heydər Əliyevin
ömrünün parlaq anlarının təcəssüm olunduğu
səhnə əsəri mayın 30-da Ağdaş və
Göyçay rayon Heydər Əliyev mərkəzlərində,
mayın 31-də isə Ucar rayon Heydər Əliyev Mərkəzi
və Zərdab rayon Mədəniyyət Mərkəzində
nümayiş olunub.
“Nurlu ömrün anları” mənzum tamaşası
digər şəhər və rayonlarda da nümayiş
olunacaq.
Mədəniyyət.- 2023.- 7 iyun.- S.4.