Basqal qoruğunda müasir turizm infrastrukturu yaradılır

 

İsmayıllı rayonunun Basqal qəsəbəsində ölkə başçısınınBasqal Dövlət Tarix Memarlıq Qoruğu haqqında” 2018-ci il 3 oktyabr tarixli sərəncamından irəli gələn tapşırıqların  icrası məqsədilə Dövlət Turizm Agentliyi (DTA) tərəfindən turizm infrastrukturunun yaradılması üçün mərhələli şəkildə təmir, tikinti bərpa işləri aparılır.

2022-ci ilin avqust ayında Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva burada aparılan işlərlə tanış olublar.

İlkin mərhələdə Basqal qəsəbəsindəki bazar meydanı ərazisində XVII əsrə aid tarixi hamam bərpa edilib, 7 emalatxana təmir olunub. İkinci mərhələdə bazar meydanı ərazisində qoruq üçün inzibati bina tikilib, ərazidə abadlıq işləri aparılıb. Küçələrin 1600 metrlik hissəsində divarlar, döşəmələr, qapı darvazalar bərpa olunaraq tarixi mühitə uyğunlaşdırılıb, küçələr işıqlandırılıb. Turizm məlumat mərkəzi tikilərək istifadəyə verilib.

Növbəti mərhələ üzrə görüləcək işlər barədə iyunun 5-də DTA-nın sədri Fuad Nağıyevin İsmayıllının Basqal qəsəbəsində vətəndaşlarla görüşündə söhbət açılıb. Sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib müvafiq tapşırıqlar verilib.

Vətəndaşlarla görüşdə İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov da iştirak edib.

DTA-dan bildirilib ki, növbəti mərhələ üzrə Şeyx Məhəmməd Hacı Bədəl məscidlərinin bərpası, Basqal Mədəniyyət evinin əsaslı təmiri, keçmiş məktəb binasının (çoxtəyinatlı turizm mərkəzi) əsaslı təmiri, 6 tarixi evin bərpası planlaşdırılır. Bununla yanaşı, Basqala səfər edən turistlərin sayı artan templə davam etdiyindən, Basqal meydanından Basqal tarixi qəbiristanlığa gedən yolun abadlaşdırılaraq turizm marşrutuna əlavə olunması, “Partizan Məmmədin evi”nin təmir olunaraq muzeyin yaradılması digər işlər nəzərdə tutulur.

 

Mədəniyyət.- 2023.- 7 iyun.- S.4.