Azərbaycanlı dirijor Tailand Kral Orkestrini idarə edib
Tailand Kral Simfonik Orkestri
ilk dəfə azərbaycanlı
dirijor, Akademik Opera və Balet Teatrının
musiqi rəhbəri, Əməkdar artist Əyyub
Quliyevin idarəsi altında konsert verib. Konsert Tailandın paytaxtının
ən mötəbər
konsert salonlarından biri olan Banqkok
Beynəlxalq Mədəniyyət
Mərkəzinin Böyük
zalında keçirilib.
Azərbaycanlı dirijorun bu ölkəyə səfəri
musiqi kollektivinin rəhbərliyi və eyni zamanda orkestrin
himayədarı olan Tailand şahzadəsi Sirivannavari Rayakanyanın dəvəti ilə gerçəkləşib.
Mürəkkəb musiqi proqramı
ilə seçilən
konsertin əsas hissəsi bu il 150 illiyi qeyd olunan
görkəmli rus bəstəkarı Sergey Raxmaninovun
yaradıcılığı ilə bağlı olub. Proqramda bəstəkarın fortepiano və
orkestr üçün
“Paqanini mövzusunda rapsodiya”sı səslənib. Solist Çinin tanınmış
pianoçusu Ze-Ze olub.
Proqramda
daha iki rus bəstəkarının
– P.Çaykovskinin “İtalyan kapriççiosu”
əsəri və İ.Stravinskinin “Atəş
quşu” baletindən süita da ifa edilib.
Dinləyicilərin alqışlarını və istəyini nəzərə alan dirijor Əyyub Quliyev salonda əyləşən qonaqlara
müraciət edərək,
Azərbaycan musiqi ifaçılığını Tailandda ilk dəfə təqdim etməkdən qürur duyduğunu söyləyib və Kral Simfonik Orkestrinə
minnətdarlığını bildirib.
Konsert bitdikdən sonra salonun foyesində gecəyə toplaşmış qonaqlarla azərbaycanlı dirijor Əyyub Quliyev və çinli pianoçu Ze-Zenin görüşü keçirilib. Onlar yerli sənətsevərlərə avtoqraf veriblər.
Mədəniyyət.- 2023.- 7 iyun.- S.8.