Uşaqların bayramı münasibətilə
Bəstəkar Cahangir Zülfüqarovun müəllif
konserti
İyunun 5-də Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) Əməkdar
incəsənət xadimi,
bəstəkar Cahangir
Zülfüqarovun Uşaqların
Beynəlxalq Müdafiəsi
Günü münasibətilə
müəllif konserti keçirilib.
ABİ-nin sədri
Xalq artisti, professor Firəngiz Əlizadə konsertdən
öncə çıxış
edərək Cahangir Zülfüqarovun çoxşaxəli
yaradıcılığından söz açıb. Bildirib ki, o, yaradıcılığında müəllimi – Azərbaycanda
simfonizmin banisi Cövdət Hacıyevin və atası – uşaq musiqisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə daima sadiq olub. ABİ-nin sədri bəstəkarın qırx
ildən artıq müddətdə müxtəlif
janrlarda yaratdığı
əsərlərin uğurlu
taleyini, müəllifin
sadə, təvazökar
xasiyyətini ayrıca
qeyd edib.ABİ-nin
katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova musiqiçilər ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə
böyük dəyər
verdiyini diqqətə
çatdırıb.
Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Lətifəxanım
Əliyeva bəstəkara
həsr etdiyi və ABİ-nin dəstəyi ilə yeni nəşr olunmuş broşürdən
söhbət açıb.
Çıxışlardan sonra zövqlə tərtib edilmiş konsert proqramı təqdim olunub.
Əvvəlcə Cahangir Zülfüqarovun fleyta
və simfonik orkestr üçün “Ümid adası” qravüralarının Xalq
artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lent yazısı səsləndirilib.
Fleytada solo ifa bəstəkarın qızı, beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya
məxsusdur.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə
elmləri doktoru Həqiqət Məhərrəmovanın
ifasında “Sarı gəlin”, “Ağ alma” – piano üçün
2 fantaziya tamaşaçılara
xüsusi zövq verib.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Şəms”
uşaq xorunun kiçik yaş qrupu bədii rəhbər Əməkdar
incəsənət xadimi
Dilarə Əliyevanın
ümidlərini bir daha doğruldub. “Uşaqlar” (söz: Cəmilə Allahverdiyeva),
“Ana” (söz: Kamal Baharlı) və “Gözəl Bakı” (söz: Kamal Baharlı) solistlər – Məryəm
Əliyeva və Fidan Bağırovanın ifasında səslənib.
Yusif Həsənbəylinin
sözlərinə yazılmış
“Vətən hissi” C.Zülfüqarovun nəvəsi
Emili Zəkiyyənin solistliyi, eyni zamanda xorun tərkibində
bəstəkarın nəvəsi
İnarə Zülfüqarovanın
iştirakı ilə
alqışlarla qarşılanıb.
Azərbaycanda uşaq
musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərini isə ustadın nəticəsi – Ə.Bədəlbəyli
adına 23 saylı Musiqi məktəbinin VI sinif şagirdi Əfrasiyab Məmmədov
(müəllim – Sevil Lazımova) pianoda ifa edib.
C.Zülfüqarovun uşaqlıq və gənclik dostları Rauf İmanov və Məbud Məhərrəmovun şux
xatirələri də
görüşə rəng
qatıb. Müəllif
fleyta və 2 piano üçün bəstələdiyi “Oazis”
əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasiyabla
birgə pianoda ifa etməklə tədbirin son akkordlarını vurub.
Sonra Cahangir
Zülfüqarov iştirakçılara
təşəkkürünü bildirib.
Musiqişünas Sevda Hüseynovanın aparıcısı olduğu konsert xoş təəssüratla başa çatıb
Mədəniyyət.-
2023.- 7 iyun.- S.3.